İspaniya qrupda qala bilər, Azərbaycan isə AÇ-yə çıxa bilməz!
08.02.2010 - 18:46
İspaniya qrupda qala bilər, Azərbaycan isə AÇ-yə çıxa bilməz!
2012-ci il Avropa çempionatının rəsmi sponsoru olan “Castrol” şirkəti seçmə mərhələyə qatılan 51 komandanın final mərhələsinə çıxmaq şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, şirkətin ekspertləri heç bir yığmanın artıq Ukrayna və Polşada olduğunu iddia etməyə cürət etməyib.

Belə ki, hətta son Avropa çempionları İspaniya futbolçuları da Avro-2012-dən kənarda qalmaqdan sığortalanmayıb. Visente del Boskenin yetirmələri kimi, şansları yüksək dəyərləndirilən Hollandiya, Almaniya və İngiltərənin də seçmə mərhələni adlamaması mümkündür. Lakin şirkətin mütəxəssisləri bir şeydə əmindir: qitənin 14 ən zəif komandasının final mərhələsinə çıxmayacaq. “Castrol” nümayəndələrinin gücünə tam bələd olduğu yığmalar arasında Azərbaycan millisi də var. Yarışın sponsoru Berti Foqtsun yetirmələrinin Ukrayna və Polşaya çıxmayacağından tam əmindir.

1.Hollandiya - 98%
2. Almaniya - 97%
3-4. İspaniya - 96%
İngiltərə - 96%
5. Rusiya - 85%
6. İtaliya - 81%
7. Fransa - 78%
8. Xorvatiya - 75%
9. Portuqaliya - 73%
10. Serbiya - 67%
11. Çexiya - 66%
12. Türkiyə - 61%
13. Rumıniya - 51%
14-15. Danimarka - 50%
İsveç - 50%
16. Yunanıstan - 38%
17-18. İsveçrə - 36%
Norveç - 36%
19. İsrail - 34%
20-21. İrlandiya - 26%
Slovakiya - 26%
22. Bosniya və Herseqovina - 13%
23. Bolqarıstan - 12%
24. Belarus - 9%
25. Sloveniya - 8%
26. Makedoniya - 6%
27-28. Macarıstan - 5%
Şotlandiya - 5%
29-30. Uels - 4%
Finlandiya - 4%
31-32. Latviya - 3%
Şimali İrlandiya - 3%
33-35. Belçika - 2%
Avstriya - 2%
Litva - 2%
36-37. Çernoqoriya - 1%
Albaniya - 1%
38-51. Kipr - 0%
İslandiya - 0%
Gürcüstan - 0%
Moldova - 0%
Estoniya - 0%
Azərbaycan - 0%
Ermənistan - 0%
Qazaxıstan - 0%
Andorra - 0%
Farer adaları - 0%
Lüksemburq - 0%
San-Marino - 0%
Malta - 0%
Lixtenşteyn - 0%