Unibank Premyer Liqasında “birinci” qapıçı kimdir?
09.02.2010 - 14:13
Unibank Premyer Liqasında “birinci” qapıçı kimdir?
Bakının “Olimpik-Şüvəlan” klubunun futbolçusu Cahangir Həsənzadə Unibank Premyer Liqasının tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı qapıçı cari mövsüm meydandan qovulan ilk əlcək sahibi olub.

Çempionatın bu gün keçirilən XIX turunun “Muğan”la görüşündə “sonuncu ümid folu” üzündən meydandan qovulan Cahangirin həmkarlarından heç biri arxada qalan 18 tur ərzində qırmızı vərəqə almamışdı. Qapıçılar arasında ilkə imza atan Həsənzadə isə belə cəzaya layiq görülən birinci adını qazanıb.

Qeyd edək ki, Cahangir salyanlılarla “Şəfa”da keçirilən səfər qarşılaşmasının 28-ci dəqiqəsində matçı bitirməli olub.