“Azərbaycan futbolçuları əks hücumlarda bizə çətinlik yaratdı”
25.02.2010 - 10:42
“Azərbaycan futbolçuları əks hücumlarda bizə çətinlik yaratdı”
15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirən Rusiya yığmasının baş məşqçisi Andrey Talalayev qarşılaşmadan razı qalıb. Apasport.az-ın məlumatına görə, “Şəfa” stadionunda keçirilən ilk qarşılaşmadan sonra AFFA-nın rəsmi internet saytına açıqlama verən rusiyalı mütəxəssis həm nəticə, həm də oyundan məmnunluğunu gizlətməyib.

Talalayev 2:0 hesabı ilə qalib gəldikləri görüşdə yetirmələrinin qol imkanlarından yararlanmaq bacarığını vurğulayıb: “Hər iki komandanın qol vurmaq üçün şansları oldu. Biz bunlardan maksimum istifadə etdik. Azərbaycan yığması əsasən əks hücumlarda bizə çətinliklər yaratdı. Hesab edirəm ki, ikinci qarşılaşma bundan da maraqlı olacaq”.
0