“Neftçi” finalda təmsil olunacaq
                    
                    25.02.2010 - 13:17
                        
                        Asiya Futbol Konfederasiyasının təşkil etdiyi “Challenge Cup” turnirində yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Bakının “Neftçi” klubunun futbolçusu Nazar Bayramovun da şərəfini qoruduğu Türkmənistan milli komandası Tacikistan yığması ilə qarşılaşıb.
28 yaşlı yarımmüdafiəçinin komandası 2:0 hesabı ilə qalib gələrək Şri-Lankada keçirilən yarışın finalına vəsiqə qazanıb. Qrup mərhələsinin son matçında olduğu kimi, Bayramov yenə nəinki start heyətinə, heç matçın protokoluna da daxil edilməyib. “Karvan”ın sabiq oyunçularından Ömər Berdıyev, Məmmədəli Karadanov və Berdı Şamuratov isə taciklərə qarşı forma geyib. Fevralın 27-də keçiriləcək final görüşündə Türkmənistan yığması KXDR ilə oynamalı olacaq. CAR-da baş tutacaq dünya çempionatının final mərhələsinə vəsiqə qazanan koreyalılar “Challenge Cup”un yarımfinalında Myanmanı 5:0 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, Nazarın komandası KXDR ilə qrup mərhələsinin ilk oyununda da qarşılaşmışdı. Fevralın 17-dəki görüşdə qalib müəyyənləşməmişdi – 1:1.

                                0
                                
                                0