Yığmamızın rəqibi “Mets”lə bacarmadı
                    
                    25.02.2010 - 13:35
                        
                        Martın 3-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Lüksemburq yığması növbəti hazırlıq matçına çıxıb.
Apasport.az saytının məlumatına görə, Quy Hellersin yetirmələri Fransa çempionatının ikinci dəstəsində çıxış edən “Mets” klubu ilə üz-üzə gəlib. Lüksemburqun “Dudelanj” klubuna məxsus “Jos-Nosbaum” stadionunda baş tutan qarşılaşmada qonaqlar minimal hesabla qalib gəlib – 1:0. Cəmi 2558 tamaşaçı üçün nəzərdə tutulan arenadakı yeganə qolu oyunun birinci hissəsində mərakeşli Yusif Muxtari vurub.
Qeyd edək ki, Azərbaycan və Lüksemburq yığmaları arasında martın 3-də keçiriləcək oyun 8100 tamaşaçı tutan və bu göstəricidə ölkənin ikinci arenası olan “Josi Bartel”də baş tutacaq. Milli stadion statusu daşıyan arenadakı görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

                                0
                                
                                0