İqor Ponomaryov: 100 yaşımı da Bakıda keçirmək istəyirəm
                    
                    25.02.2010 - 15:02
                        
                        “Açığı, yubileydən öncə bu tədbiri keçirib-keçirməmək haqda çox fikirləşdim. Deyirdim ki, görən necə alınacaq, bunun öhdəsindən necə gələcəyəm. Amma ad günümdə gördüklərimdən çox xoş oldum. Dost-tanışların, yaxınların bu isti münasibəti, məni görməyə sevinməsi – bunlar sözlə ifadə ediləsi deyil. Mən buna görə çox fəxr edirəm və keçirdiyim hissələrə görə onlara çox sağ ol deyirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi İqor Ponomaryov deyib.
“Neftçi” klubunun məşhur “9 nömrə”si 50 illik yubileyini Bakıda təmtəraqla qeyd edib. Bunu yüksək səviyyədə keçirilməsindən məmnun olan Ponomaryov onu sevən, qiymətləndirən hər bir adamdan razılığını ifadə edib: “Məni ilk olaraq təbrik etdi? Yadıma salmağa çalışıram. Fikrimcə, bu, həyat yoldaşım idi. O, səhər zəng edib, məni təbrik etdi. Sonra anam zəng etdi. Bu gün onun da xoş günüdür. Axı məni həyata anam gətirib və buna görə ona çox minnətdaram. Bütün futbolsevərlərimizə, azarkeşlərə mənə inandıqlarına, həmişə dəstəklədiklərinə görə təşəkkür edirəm. Mən uzun illər İsveçdə yaşasam da, 50 illiyimi doğma vətənimdə keçirməyi özümə borc bildim”.
Təcrübəli mütəxəssisin sözlərinə görə, onu yaşadan, belə cavan saxlayan ətrafındakıların isti münasibətidir: “Onu demək istəyirəm ki, əhatəmdə olan belə gözəl insanların sayəsində yaşayıram. Mən bunu ürəkdən deyirəm. Onlar mənim əsl dostlarımdır və sayələrində İqor Ponomaryov var. Onlar olmasaydı, mən də olmazdım. Eləcə də futbolda İsgəndər Cavadov, Maşallah Əhmədov olmasaydı, İqor Ponomaryov da olmazdı. Yubiley tədbirimi idarə edən Anar Məmmədxanov məndən 10 yaş kiçik olmasına baxmayaraq, yaxın dostumdur. Bu dostluq indiyə kimi davam edir. Anar 8 il öncə mənə çox gözəl fotoşəkil bağışladı. Həmin vaxt Anar balaca uşaq idi, biz “Neftçi” ilə birgə Şuşada idik. İndiyə kimi evimdə olan həmin xatirə şəklinə görə Anara dərin minnətdaram”.
Bu günə kimi sevilməsini səbəbini özündən yox, başqalarından soruşmağı lazım bilən Olimpiya çempionumuz artıq yaşın öz sözünü dediyini etiraf edir: “Hərdən görürəm ki, hərəkət həmin deyil, cəldlik yoxdur. Ona görə qoy oynamağı cavanlara etibar edək. Bundan sonra məqsədim həmişə olduğu yaşayıb həyatdan, ailəmin, anamın, dostlarımın sevgisindən zövq almaqdır. Mən də onlara eyni münasibəti göstərirəm. Təbii ki, futbola sevgim qalacaq. Qalanlarının çoxu artıq məndən asılı olmaya bilər. Açığı, özüm-özümə yüz illik yubileyimi qeyd etməyi arzulayıram. Özü də bunu məhz Bakıda, Azərbaycanda etmək istəyirəm”.
Ponomaryov özünə ilə yanaşı, 28 yaşlı oğlu Anatoli və futbolumuza da arzularını çatdırıb: “Anatoli Türkiyənin “Orduspor” klubuna keçəndən sonra milli komandamıza qayıtmağı, yenidən Azərbaycan yığmasını beynəlxalq miqyasda təmsil etməyi qarşısına məqsəd qoyub. Mən ona bu məqsədə çatmağı arzulayıram. Oğlumu yenidən yığmanın sıralarında görmək istəyirəm. Futbolumuza inkişaf etməyi, yalnız irəli getməyi arzulayıram. Çox istərdim ki, futbolumuzda hər şey daha da yaxşı olsun, adət-ənənələr bərpa olunsun. Hələ milli komandamızın baş məşqçisi olan zamanı deyirdim ki, biz futbol oynaya bilirik, bunu yaxşı nümayiş etdirməliyik. Necə ola bilər ki, İsveç, Türkiyə kimi yığmalara qarşı yaxşı çıxış etdiyimiz halda, futbol oynaya bilmədiyimiz deyilsin? Bu, mümkün deyil. Sadəcə, işə düzgün yanaşaq lazımdır və bu zaman hər şey qaydasında olacaq”.

                                0
                                
                                0