İordaniya - Azərbaycan oyunu 1 dəqiqəlik sükutla başlayacaq
                    
                    25.02.2010 - 15:32
                        
                    
                        
                        Azərbaycan milli komandasının oyununda Xocalı faciəsinin qurbanları anılacaq. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamızın İordaniya ilə bu gün keçirəcəyi qarşılaşmadan əvvəl Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar 1 dəqiqəlik sükut elan olunacaq. Əmman şəhərindəki “Kinq Abdulla” stadionunda qarşılaşacaq Azərbaycan və İordaniya yığmalarının hər ikisi meydana qara sarğı ilə çıxacaq.
Qeyd edək ki, yoldaşlıq oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
                    Qeyd edək ki, yoldaşlıq oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
                                
                                0
                                
                                0