“Azərbaycan yığması ilə oyunda yalnız qələbə haqda düşünürük”
25.02.2010 - 16:02
“Azərbaycan yığması ilə oyunda yalnız qələbə haqda düşünürük”
“İordaniya milli komandasının oyunçuları Azərbaycanla qarşılaşmaya həm fiziki, həm də psixoloji cəhətdən tam hazırdırlar. Onların hər biri bugünkü matçın vacibliyini yaxşı dərk edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İordaniya milli komandasının baş məşqçisi Adnan Hamad deyib.

Bu gün Azərbaycan yığması ilə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq ərəblərin çalışdırıcısı “Kinq Abdulla” stadionunu qalib kimi tərk etmək istəyir: “Sinqapurla seçmə oyunu ərəfəsində son sınaq matçımızda qələbə qazanmalıyıq. Bu psixoloji cəhətdən lazımdır. Bu səbəbdən yalnız qələbə haqda düşünürük. Əminəm ki, oyunçularım da bu nəticəyə köklənib. Məncə onlar buna nail olmağa qadirdir”.

Qeyd edək ki, İordaniya – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.