Bir az da futbol oynayaq...
26.02.2010 - 13:42
Azərbaycan futbol yığması 2010-cu ildə keçirdiyi ilk beynəlxalq oyunda qələbə qazandı. Milli komandamızın İordaniyanın paytaxtı Əmman şəhərində yerli komanda üzərində qazandığı 2:0 hesablı qalibiyyət mənə istər-istəməz ötən ilin oktyabr ayının 10-nu xatırlatdı. Beş ay öncə Berti Foqtsun yetirmələri dünya çempionatının seçmə mərhələsi çərçivəsində lixtenşteynliləri də səfərdə eyni hesabla üstələmişdilər. Özü də həmin matçda da yağış yağırdı və futbolçularımız hər iki qolu bir hissədə, daha doğrusu, ikinci hissədə vurmuşdular. Ancaq Lixtenşteyn və İordaniyaya qarşı keçirdiyimiz qarşılaşmalar bir cəhətə görə kəskin fərqlənir.
BAXIMSIZ OYUN
Heyf ki, iordaniyalılarla görüşdə baxımlı oyun göstərə bilmədik. Matç darıxdırıcı və sönük alındı. Bəziləri oyunun yoldaşlıq görüşü xarakteri daşıdığını, əsas heyətdə iki debütantın forma geyindiyini, Vaqif Cavadov və Mahir Şükürovun yoxluğunu əsas gətirib “darıxdırıcı”, “baxımsız” və “sönük” təyinlərinin yersiz olduğunu iddia edə bilər. Lakin gəlin tələsməyək! Dünən iordaniyalılarla görüşdən öncə “baxımlı oyun, uğursuz nəticə”, yoxsa “baxımsız oyun, uğurlu nəticə” arasında seçim etmək imkanımız olsaydı, yəqin ki, çoxları birinci variantı götürərdi. Çünki indi bizə baxımlı oyun lazımdır. Məğlubiyyətə görə heç kim Berti Foqtsu dar ağacına çəkməyəcəkdi. Əksinə, baxımlı oyun gördüyümüz, futboldan həzz aldığımız təqdirdə, almaniyalı mütəxəssisə dərin minnətdarlığımızı bildirəcəkdik. İordaniya ilə matçın nəticəsi vacib əhəmiyyət daşımağından, Əmmanda xətlərarası əlaqə, sürətli hücumlar və kombinasiyalı oyuna fikir vermək lazım idi. Əslində bunlara fikir verdik və nəticədə yığmamızda xətlərarası əlaqənin, sürətli hücumların yoxluğu üzə çıxdı.
HEÇ OLMASA BİR HÜCUM
Təsəvvür edin ki, 90 dəqiqə ərzində futbolçularımız bir dəfə də olsa, kombinasiyalı hücum təşkil edə bilmədi. Meydan sahiblərinin qapısından keçirdiyimiz qolları isə elə meydan sahiblərinin “passiv”inə yazmaq lazımdır. Xüsusilə ikinci qol epizodunda iordaniyalıların buraxdığı uşaq səhvini qeyd etmək yerinə düşür. Müasir futbolda qapıçının ötürməsindən sonra meydanın mərkəzində topa yiyələnən oyunçunun rəqib komandanın qapıçısı ilə təxminən 35-40 metrlikdən təkbətək çıxması halına nadir hallarda rast gəlinir. Belə hədiyyələri bizə Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərimizdən heç biri verməyəcək: nə Almaniya, nə Türkiyə, nə Avstriya, nə Belçika, nə də Qazaxıstan.
HƏYƏCAN SİQNALI
Bəli, qalibləri mühakimə etmirlər. Ancaq yığmanın belə oyununu görüb, indidən həyəcan siqnalı çalmasaq, Avro-2012-nin seçmə mərhələsində uğursuzluğu göz önünə gətirməliyik. Qarşıda bizi İordaniyadan qat-qat güclü rəqiblər gözləyir. Hazırda milli komandamızın yarımmüdafiə xəttində top itkiləri saysız-hesabsızdır. Bunu aradan qaldırmaq vacibdir. Əgər Asiyanın geridə qalmış komandası ilə görüşdə mərkəzi rahat keçib, kombinasiyalı hücumlar qura bilmiriksə, meydanın bizə aid hissəsində topa yiyələndikdə, onu hara gəldi vururuqsa, bəs nə vaxt FUTBOL oynayacağıq? Topu 5 dəfə kosmosa vurub, təhlükəni qismən də olsa, uzaqlaşdıra bilərik. Amma 6-cı dəfə ayağımız bir-birinə dolaşacaq. Futbol ayrı, kosmosa top göndərmək ayrı.
MƏNƏVİ HAQQ
Azərbaycan futbol ictimaiyyətinin Berti Foqtsdan baxımlı oyun tələb etməsi başadüşüləndir. Axı bu, bizim haqqımızdır. Foqts artıq 23 aydır milli komandamızda çalışır. Avro-2012-nin seçmə mərhələsinin startında onun baş məşqçi postunda fəaliyyətinin 3 ili tamam olacaq. Bir məşqçi eyni komandada ardıcıl 3 il işləyirsə, məhz 3-cü il nəticələr ili olmalıdır. Bu, futbolun yazılmamış qanunudur.
Biz də istəyirik ki, Lixtenşteynlə görüşdə düşünülmüş hücum nəticəsində vurduğumuz birinci qolun təkrarı heç olmasa, İordaniya ilə qarşılaşmada təkrar olunsun. Yox, əgər futbolçularımız Foqtsun fikirlərini, ideyalarını meydanda həyata keçirə bilmirlərsə, almaniyalı çalışdırıcı onların adını açıqlasın. Bəlkə mətbuatın, ictimaiyyətin həmin futbolçulara təzyiqi köməyə gəldi. Əlbəttə, məşqçini zirvələrə qaldıran da futbolçudur, oradan yerə çırpan da.
Berti Foqts İordaniya ilə qarşılaşmadan sonra bəzi futbolçulardan narazı qaldığını dilə gətirib. Belələri yığmamızda var. Görəsən, onlar hansı səbəbdən oynamırlar? Onlara maneçilik törədən kimdir və ya nədir? Gözəl futbol üçün xüsusi motivasiyaya ehtiyac yoxdur. Nə olsun ki, iordaniyalılarla rəsmi deyil, yoldaşlıq görüşündə qarşılaşmışıq. Bəzən məhəllədə də gözəl futbol oynamaq mümkündür. Yetər ki, bunu istəyəsən...

0
0