Karlos Alberto Torres yenidən yığmada
                    
                    26.02.2010 - 15:25
                        
                        Azərbaycan milli komandasının sabiq baş məşqçisi Karlos Alberto Torres yığmaya qayıdır. Apasport.az saytının məlumatına görə, 66 yaşlı braziliyalı mütəxəssis Cənubi Amerika yığmasının baş məşqçisi təyin olunub.
Torres materikin ulduzlarından təşkil olunan komandanı dünya yığmasına qarşı görüşə çıxaracaq. Xeyriyyə xarakteri daşıyan bu matç Haitidə baş verən zəlzələdən zərərçəkənlərə yardım məqsədilə təşkil olunacaq. ABŞ-ın Sent-Luis şəhərindəki “Edvard Cons Doum” stadionunda baş tutacaq qarşılaşma avqustun 7-də baş tutacaq. Dünya yığmasına ABŞ millisinin sabiq futbolçusu 1990, 1994 və 1998-ci illərdə keçirilən dünya çempionatlarının iştirakçısı olmuş Erik Vinaldanın rəhbərlik edəcəyi də dəqiqləşib. BMT, Beynəlxalq olimpiyaçılar assosiasiyası və Sent-Luis şəhərinin turizm idarəsinin birgə təşkil etdiyi görüşdə hər iki yığmasnın ən yaxşı futbolçulardan təşkil olunacağı gözlənilir.
Qeyd edək ki, 1970-ci ildə dünya çempionluğunu qazanan Braziliya millisinin kapitanı olan Torres 2004-cü ilin fevralından 2005-ci ilin iyununadək yığmamıza rəhbərlik edib.

                                0
                                
                                0