Azərbaycan futbolçuları Zalsburqla Klaqenfurt arasında
26.02.2010 - 16:48
Avstriya Futbol Federasiyası Avro-2012-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununun harada keçirilməsinə indidən aydınlıq gətirməyə çalışır. Apasport.az saytının məlumatına görə, ilk ev oyunlarını qəbul edəcəyi gözlənilən Klaqenfurt şəhərinin stadionu bu məsələdə özünə yeni rəqib tapıb. Belə ki, sentyabrın 7-də Qazaxıstan, oktyabrın 8-də Azərbaycanla matçları qəbul etmək iddiasında daha bir arena olacaq.
Yayda süni örtüyü təbii otla dəyişəcək Zalsburqun “Red Bull arena”dakı bu yeniləmə işlərinin seçmə mərhələ üçün nəzərdə tutulduğu ehtimal olunur. Federasiya rəsmilərinin millinin Klaqenfurtdakı “Hipo arena”da oynamayacağı haqda açıqlamalar da Zalsburq stadionunun xeyrinə olan amildir.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0