Berti Foqts Vaqif Sadıqovun nailiyyətini təkrarladı
                    
                    26.02.2010 - 17:23
                        
                        Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Ələkbər Məmmədov, Vaqif Sadıqov və Karlos Alberto Torresin nailiyyətini təkrarlayıb. Apasport.az saytının hesablamalarına görə, milli komandamız 18 illik tarixində 4-cü dəfə ardıcıl iki oyunda qalib gəlib. Son iki yoxlama oyununu Çexiya və İordaniya milləri ilə keçirən yığmamız hər iki halda səfərdə 2:0 hesablı qələbəyə sevinib.
Milli komandamızı üç müxtəlif vaxtda çalışdıran Sadıqov ilk dönəmdə ardıcıl iki qələbə qazanıb. Təcrübəli mütəxəssis postsovet məkanı təmsilçilərini Bakıda minimal hesabla yenib. Karlos Alberto Torresin də məğlub etdiyi iki yığmadan biri Özbəkistan olub və həmin oyun da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Braziliyalı mütəxəssis digər qələbəni səfərdə Qazaxıstan yığması üzərində qazanıb və bu, milli komandamızın tarixinə səfərdə qazanılan ilk qalibiyyət kimi düşüb.
Milli komandamızın ardıcıl qələbələr baxımından mütləq rekordu isə ilk vaxtlarına düşür. Belə ki, yarandığı vaxtda dalbadal 3 qələbə qazanan yığmamızın bu uğurlu seriyası hələ də əlçatmaz qalır. Bu, Ələkbər Məmmədovun baş məşqçi kimi adına yazılıb.
Göründüyü kimi, Foqts hələ ki rekorda imza atmasa da, hər halda, həmkarlarından üstünlüyü postsovet məkanı təmsilçilərini məğlub etməməsidir. Hər iki halda inamlı qələbə qazanan 64 yaşlı alman mütəxəssisin xüsusilə Çexiya yığmasını məğlub etməsini milli komandamızın tarixində böyük uğur, ən parlaq qələbələrdən biri saymaq olar.
Qeyd edək ki, ötən il qısa müddətdə Foqtsun köməkçisi işləyən Sadıqov sentyabrda “Neftçi”nin baş məşqçisi təyin olunandan sonra yığmadan getdi. Həmin köməkçi məşqçi postu artıq yarım ildir vakantdır.
 
Azərbaycan milli komandasının ardıcıl qələbələri
1993-cü il
25 may. Gəncə. Yoldaşlıq görüşü. Azərbaycan – Gürcüstan - 1:0
6 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Tacikistan - 2:0
7 iyun. Tehran. Beynəlxalq turnir. Azərbaycan – Qırğızıstan - 3:2
Baş məşqçi: Ələkbər Məmmədov
1998-ci il
22 mart. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Moldova - 1:0
24 aprel. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Özbəkistan - 2:1
Baş məşqçi: Vaqif Sadıqov
2004-cü il
28 aprel. Almatı. Yoldaşlıq görüşü. Qazaxıstan – Azərbaycan 2:3
28 may. Bakı. Yoldaşlıq görüşü. Azərbaycan – Özbəkistan 3:1
Baş məşqçi: Karlos Alberto Torres (Braziliya)
2008-ci il
18 noyabr. Əl-Ayn. Beynəlxalq turnir. Azərbaycan – Çexiya – 2:0
2009-cu il
25 fevral. Əmman. İordaniya – Azərbaycan – 0:2
Baş məşqçi: Berti Foqts (Almaniya)

                                0
                                
                                0