AFFA “Xəzər-Lənkəran”ın şikayətinə baxdı
                    
                    26.02.2010 - 18:01
                        
                        Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, qurum “Xəzər-Lənkəran” və Bakının “Olimpik-Şüvəlan” klublarının şikayətlərinə baxıb. Müzakirələr nəticəsində müvafiq qərarlar qəbul olunub:
1. “Olimpik-Süvəlan”ın futbolçusu İsmael Fransiskonun cəzası 1 oyun azaldılsın.
2. İntizam Komitəsinin “Xəzər Lənkəran” ilə bağlı qəbul etdiyi qərarın qüvvəsi müvəqqəti dayandırılsın və tərəflərə Lənkəran şəhərində klub tərəfindən növbəti rəsmi oyun keçirilənə qədər bannerlərin yerləşdirilməsi barədə razılığa gəlinməsi təklif olunsun.
3. İntizam Komitəsinin “Xəzər Lənkəran” FK ilə bağlı qəbul etdiyi qərara Lənkəran şəhərində klub tərəfindən növbəti rəsmi oyun keçiriləndən sonra baxılsın.
Qeyd edək ki, Unibank Premyer Liqasının XXI turunun “Simurq”la səfər oyununda qırmızı vərəqə alan İsmael Fransiskonu iki oyunluq cəzalandıran İntizam Komitəsi “Xəzər-Lənkəran”la da bağlı sərt qərar qəbul etmişdi. Qurum Premyer Liqanın sponsoru Unibankın banneri stadionda yerləşdirilmədiyi üçün klubu 2000 manat cərimələmişdi.

                                0
                                
                                0