Azərbaycan şirkəti Avro-2012-yə yol çəkə bilmədi
26.02.2010 - 18:12
Azərbaycan şirkəti Avro-2012-yə yol çəkə bilmədi
2012-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə Polşa ilə birlikdə ev sahibliyi edəcək Ukrayna məsul yarışa hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, qarşılaşmaların keçiriləcəyi arenalarla yanaşı, digər infrastrukturlar da yenidənqurma işləri aparılır.

Komandaları qəbul edəcək iki böyük şəhəri – Kiyevlə Xarkovu birləşdirən magistralın təmiri də Avro-2012-yə hazırlıq xarakteri daşıyır. “Ukravtodor” bu yolun üç - 45,5, 36,7 və 37,7 kilometrlik hissələrindəki işlərin aparılması üçün tenderin nəticələrini elan edib. Ukraynalılar bu məsul işi Vinnitsa şəhərinin inşaatçılarına həvalə edib.

Tenderdə Türkiyənin “Onur Taahhut Tasimacilik ve Ticaret”, “Gulsan Construction Industry Tourism”, “Transportation and Trade” şirkətləri, “GD Granit AD Skopje” (Makedoniya), “Joca İngenieria i Construcciones” (İspaniya), “Todini Costruzioni Generali” (İtaliya), Ukraynanın Donetsk şəhərinin yol tikintisi idarəsi ilə yanaşı, Azərbaycan təmsilçisi “Azərkörpü” də olub.

Qeyd edək ki, ukraynalılar Avro-2012 üçün ümumi yolların təmirinə 298,5 milyon dollar ayırıblar.