Frankfurta aparılan Azərbaycan futbolçularının siyahısı müəyyənləşdi
                    
                    26.02.2010 - 18:25
                        
                    
                        
                        19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, martın 3-dən 14-ə qədər Almaniyanın Frankfurt şəhərində keçiriləcək təlim-məşq toplanışına 21 futbolçu dəvət olunub. Komandanın baş məşqçisi Bernard Lippert Almaniya təlimlərinə Andrey Popoviç, Orxan Sadıxlı, Eltun Yaqublu, Qara Qarayev, Fariz Məmmədov, Mirhüseyn Seyidov, Emin Mehtiyev, Aleksander Qross, Tural İsgəndərov, Orxan Həsənov, Yasin Yaqubzadə, Abdulla Abatsiyev, Şəhriyar Xəlilov, Elnur Abdulov, Cavid Tağıyev, Hacı Əhmədov, Rəhman Hacıyev, Vaqif Əliyev, Vəfadar Quliyev, Kamil Nurəhmədov və Murad Səttarlını çağırıb.
Qeyd edək ki, yığmamızın Frankfurtda yoldaşlıq oyunları keçirəcəyi gözlənilir.
                    Qeyd edək ki, yığmamızın Frankfurtda yoldaşlıq oyunları keçirəcəyi gözlənilir.
                                
                                0
                                
                                0