“Hələ də şokdayam” - MÜSAHİBƏ
                    
                    27.02.2010 - 00:51
                        
                        “Simurq”un ilk “altılıq”dan kənarda qalması bir qədər gözlənilməz oldu. Roman Pokoranın başçılıq etdiyi komanda sabit oyunu ilə seçilirdi. Ötən çempionatı üçüncü pillədə başa vuran Zaqatala təmsilçisinin avrokubok macərası uğursuz alınsa da, “sarı-qaralar” daxili yarışlarda heç də pis təsir bağışlamırdı. Bir ara iddialı klublarla başabaş mübarizə aparan əyalət klubu hətta turnir cədvəlində liderlər qrupunda məskunlaşmışdı. Lakin sonradan uğursuz oyunlar seriyası Pokoranın drujinasına baha başa gəldi. Xüsusilə də autsayderlərlə oyunlarda itirilən xalların həsrəti ilə yaşayan “Simurq” indi ölkə kubokunu qazanmaq və yeddinci yeri tutmaq uğrunda yarışacaq. Komandada baş verənlərə, eləcə də uğursuz çıxışın nədən qaynaqlandığını öyrənmək üçün “Turan”la son oyunda kapitan sarğısını daşıyan Elşən Məmmədovla söhbətləşdik.
- Unibank Premyer Liqasının başa çatan birinci mərhələsi barədə nə deyə bilərsən?
- Mövsümün əvvəlində komandanın qarşısına “ilk altılıq”a düşmək məqsədi qoyulmuşdu. Təbii ki, işlər də yolunda gedirdi. Ancaq sonda məqsədimizə nail ola bilmədik. Buna görə məyusuq. İndi yeddinci yer uğrunda mübarizə aparacağıq. Çalışacağıq ki, yer aldığımız “ikinci altılıq”da hamıdan öndə qərarlaşaq.
- Son mövsümün bürünc mükafatçısının “altılıq”dan kənarda qalmasının səbəbini nə ilə izah edə bilərsən?
- Yenə deyirəm, çempionata pis başlamamışdıq. İlk oyunda “Qəbələ”yə məğlub olsaq da, sonradan oyunlarımız və qazandığımız nəticələr yüksələn xətt üzrə davam edirdi. “Qızıl xal” ehtiyatı baxımından da vəziyyətimiz qənaətbəxş idi. Lakin son oyunlarda ardıcıl heç-heçələr mövqeyimizi itirməyimizə səbəb oldu. Fikrimcə, komandada sabitlik də çatmırdı. Xüsusilə də “altılıq” uğrunda mübarizə aparmayan komandalarla oyunlara köklənə bilmirdik. “Muğan”la iki oyunda heç-heçə etdik, “Karvan”a yenildik. Halbuki bu oyunların hamısında 3 xal qazansaydıq, indi ilk “altılıq”da mübarizə aparacaqdıq.
- Qeyd etdiyin kimi, “Simurq” mövsümə uğurlu start verdi. Hətta iddialı komandaların bir neçəsini məğlub etdi. Bəs bu çıxışın davamı niyə gəlmədi?
- Hər oyuna qələbə qazanmaq üçün çıxırdıq. Elə oyunlar oldu ki, çoxlu qol epizodlarından istifadə edə bilmədik. Tək mən yox, heyətdə yer alan digər hücumçularımız da əlverişli imkanları boşa verdik. Qeyd etdiyim kimi, bizə “altılıq”da lazım olmayacaq deyə “Muğan”, “Standard”, “Karvan” kimi komandalarla oyunlarda xallar itirdik. Ancaq XXII turdan sonra yaranan mənzərə yanlış düşündüyümüzü ortaya çıxardı. Halbuki altıncı pillədə yer alan “Neftçi”dən cəmi 1 xal geri qaldıq.
- Xüsusilə də fasiləyə yaxın ardıcıl xallar itirməyə başladınız. Bəlkə bu gərgin mübarizəyə fiziki və psixoloji cəhətdən hazır deyildiniz?
- Xeyr, fiziki hazırlıq baxımından heç bir problem yaşamadıq. Dekabrın sonuna qədər komanda mübarizə apardı. Yanvarda heyətdə müəyyən dəyişikliklər oldu. Aramıza yeni futbolçular qoşuldu. Klub rəhbərliyi həm müdafiə, həm də hücum xəttini gücləndirməyə çalışdı. Təbii ki, yeni transferlərin komandaya uyğunlaşması lazım idi. Bu da müəyyən vaxt aparırdı. Görünür, adaptasiya prosesi gec oldu. Bu da nəticəyə təsirsiz ötüşmədi. Bir faktı da qeyd edim ki, uduzduğumuz oyunlarda komanda pis təsir bağışlamırdı. “Karvan”, “Xəzər-Lənkəran” və “İnter”lə oyunlarda birinci hissədə olmasa da, fasilədən sonra rəqiblə başabaş mübarizə apardıq. Hətta bəzi məqamlarda onları qabaqlayırdıq da. Fikrimcə, hər üç oyun heç-heçə başa çatmalı idi. Lakin idman xoşbəxtliyi bizim tərəfimizdə olmadı.
- Rəhbərlik ilk “altılıq”a düşə bilmədiyinizi görüb yeddi legionerlə müqaviləni qarşılıqlı şəkildə pozdu. Bununla bağlı nə deyə bilərsən?
- Bu rəhbərliyin qərarıdır. Onsuz da “Simurq”da əcnəbilər çox idi. Yəni limit olmadığından, rəhbərlik heyəti gücləndirmək üçün bu addımı atmışdı. İlk “altılıq”a düşə bilmədiyimizdən onları komandada saxlamağın yeri yoxdur. Yerli uşaqlara şans vermək lazımdır. Legionerləri komandaya kömək etməyə gətirmişdilər.
- Doğurdanmı, onların komandaya heç bir köməyi dəymədi?
- Elə deməzdim. Ayrı-ayrılıqda hamısı yaxşı oyunçular idi. Bacardıqları qədər də kömək etdilər. Təbii ki, hamısı bütün oyunları yüksək səviyyədə keçirmədi. Bir oyunda biri, başqa oyunda digəri özünü yaxşı tərəfdən göstədi. İlk “altılıq”a düşməyəcəyimizi özüm gözləmirdim. İnanın, hələ də şokdayam. Çünki komandanın gücü buna yetirdi. Sadəcə, iddialı komandalarla oyunlara yaxşı köklənə bildik, nisbətən zəif klublarla duellərdə isə xallar itirdik.
- Bu addımı komandada olan yerlilərə də bir işarə kimi səciyyələndirmək olarmı?
- Ola bilər. Lakin komandada yerli futbolçular elə də çox deyil. Biz də qarşıdakı oyunlarda bacardığımızı ortaya qoyacağıq.
- Yəqin çempionat oyunlarında klubdakı gənclərə də şans veriləcək...
- Sözsüz ki, elə də olacaq. Rəhbərlik 6-7 əcnəbi futbolçunu düşərgədə saxlayıb. Aydın məsələdir ki, qalanların hamısı eyni vaxtda “start 11-lik”də oynamayacaq. Ehtiyatda qalanları da olacaq. İndi bütün diqqətimizi martın 7-də keçirəcəyimiz ölkə kubokunun oyununa yönəltmişik. Rəqibimiz “Olimpik-Şüvəlan” olacaq. Oyuna ciddi hazırlaşırıq. Onlar da bizim kimi ikinci “altılıq”da mübarizə aparacaqlar. Çempionat çərçivəsində keçirilən hər iki oyunda onları udsaq da, kubok oyunları həmişə çətin və gərgin keçib. Bu dəfə də istisna olmayacaq. Bəlkə avrokuboklara ölkə kubokunu qazanmaqla vəsiqə qazana bildik.
- Amma nəzərə alaq ki, iddialı komandaların əksəriyyəti ölkə kuboku uğrunda mübarizəni davam etdirir. Səncə, buna “Simurq”un gücü çatacaqmı?
- Heyətdə məlum dəyişiklər oldu. İndi ilk işimiz “Olimpik-Şüvəlan”ı iki oyunun yekununa görə mübarizədən kənarlaşdırmaqdır. Bütün gücümüzü səfərbər edib finala qədər irəliləməyə çalışacağıq. Yəni şansımız var və maksimum istifadə etməliyik. Çempionatda isə yeddinci yer uğrunda “vuruşacağıq”.
- “Simurq” son illərdə mükafatlar uğrunda mübarizə aparıb. İndi komandanı çempionatda qalmaq uğrunda keçiriləcək oyunlara kökləmək olacaqmı?
- Hazırlaşacağıq. Bizim işimiz çıxıb meydanda futbol oynamaqdır. Bilirsiniz, 22-ci tura qədər həyəcanlı idik. “Qəbələ”nin büdrəyəcəyini gözləyirdik. Ancaq alınmadı. Onlara “altılıq”dakı oyunlar zamanı uğurlar arzulayıram.
- Bəs mükafatlar uğrunda mübarizədə hansı komandanın şansını yüksək qiymətləndirirsən?
- Bu klubların hamısı ilk “altılıq”da oynamağa layiq idilər. Onlara uğurlar arzulayıram. Çempionun kim olacağını indidən söyləmək mümkün deyil. Məncə, “ilk üçlük”də yer alanları bir addım öndə hesab etmək olar.
- “Altılıq”dakı komandaların hamısı ilə qarşılaşmısınız. Hansı daha güclüdür?
- Hamısı güclü komandalardır. Bu futboldur. Yaşıl meydanda kim güclü olsa, o da qalib gələcək.
- Birinci dövrədə bir neçə qol vursan da, fasilədən sonra passivləşmisən. Bu nəylə bağlıdır?
- “Turan”la oyunda iki dəfə şansım oldu. Hər iki epizodda başla fərqlənə bilərdim. Digər matçlarda isə fərqlənmək üçün şansım az olub. Bilirsiniz, biz meydana bir hücumçu ilə çıxırıq. Qış fasiləsinə qədər mən hücumda oynayırdım. Elə qolları da həmin vaxt vurmuşam. İndi yarımmüdafiəyə kömək edirəm. Yəni hücumda Aleksandr Qolban yer alır. Mən isə arxaya meylli oynayıram. Yəni işim yarımmüdafiəyə daha çox kömək etməkdir. Belə olan təqdirdə qol vurmaq şansım az olur.
- Yeddinci yer uğrunda oyunlardakı rəqiblər nisbətən zəiflərdi. Necə fikirləşirsən, onlarla oyunda yenidən fərqlənə biləcəksənmi?
- Qarşıma bombardir olmaq məqsədi qoymamışam. Ancaq hücumçu kimi fərqlənməyə çalışacağam. Həm də qol vurmağım baş məşqçinin seçəcəyi taktikadan da asılı olacaq. Əgər hücumçu kimi oynasam, sözümü deyəcəyəm.
Mənbə: “Futbol dünyası” qəzeti

                                0
                                
                                0