Mahir Şükürov 90 dəqiqə oynadı, komandası qələbə qazandı
                    
                    27.02.2010 - 11:17
                        
                    
                        
                        Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu növbəti yoldaşlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Özbəkistan “Lokomotiv”i ilə üz-üzə gəlib. Birinci hissədə hesabı açan “Anji” fasilədən sonra vurulan qollarla böyük hesablı qələbəni təmin edib – 3:0. Start heyətində meydana çıxan 28 yaşlı müdafiəçimiz bu qarşılaşmada əvəzolunmadan iştirak edib.
                        
                    
                    
                                
                                0
                                
                                0