Şahin Diniyev Rusiyaya qayıdır
01.03.2010 - 11:53
Şahin Diniyev Rusiyaya qayıdır
Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin çalışdığı "Terek" Rusiya çempionatına hazırlığın 3-cü mərhələsini yekunlaşdırıb. Apasport.az saytının məlumatına görə, Qroznı təmsilçisi Türkiyədə sonuncu yoxlama görüşündə "Spartak"la 3:3 hesabı ilə bərabərə qalıb.

Komanda artıq Kislovodskdakı bazasına dönüb. "Terek" Premyer Liqa ərəfəsində sonuncu yoxlama görüşünü martın 7-də birinci liqa təmsilçisi "Krasnodara" qarşı keçirməlidir.

Xatırladaq ki, Diniyev cari ildən əsas heyətdə baş məşqçi Anatoli Baydaçnının birinci köməkçisi vəzifəsini yerinə yetirir. 44 yaşlı mütəxəssis mart ayında Qroznıda istifadəyə veriləcək futbol akademiyasının rəhbəri vəzifəsində də çalışacaq.