Zlatinov Azərbaycanda ən yaxşı müdafiəçi və qapıçıları göstərdi – MÜSAHİBƏ
01.03.2010 - 12:47
Bakının “İnter” klubunun bolqarıstanlı futbolçusu Petar Zlatinovun müsahibəsi
- “İnter” çempionatın ilk mərhələsində rəqiblərini qabaqlamağı bacardı. Yəqin ki, komandanın çıxışı ürəyincə oldu...
- Belə demək olar. Digər komandalara baxanda ilk mərhələdə biz daha yaxşı oyun göstərdik. Düzdür, bütün oyunlarımız yaxşı alınmadı. Bəzi matçlarda səviyyəmizdən aşağı çıxış etdik. Ancaq əsas nəticədir ki, o da ürəyimizcə oldu. İlk mərhələdə vəzifəmizin öhdəsindən gəlməyi bacardıq.
- “Qızıl” xalların hesabına görə, “İnter” birinci yerdədir. Necə düşünürsən, komandan cari mövsümdə çempionluq sevinci yaşaya biləcəkmi?
- Əgər “altılıq” mərhələsində də bu cür oynasaq və bir qədər də güclənsək, çempion ola bilərik. İnanıram ki, bizim buna gücümüz çatar.
- Çempionluq yarışında hansı komandaları “İnter”in əsas rəqibləri hesab edirsən?
- “Altılıq”da yer alan komandaları fərqləndirmək istəməzdim. Əgər onlar bu pilləyə qədər irəliləyiblərsə, deməli, güclü rəqiblərdir. Bizi çox çətin oyunlar gözləyir. Əsas odur ki, biz necə oyun göstərəcəyik. Rəqiblərin kimliyi o qədər də önəmli deyil. Qol vəziyyətlərindən maksimum istifadə etsək, əminəm ki, yekunda biz çempion olacağıq.
- Komanda çempionatla yanaşı, ölkə kubokunda da mübarizəni davam etdirir. Bazar günü kubokun 1/4 final mərhələsində sizi “Neftçi” ilə çətin oyun gözləyir...
- “Neftçi” həqiqətən də, güclü komandadır. Ancaq biz oyuna qələbə qazanmaq üçün çıxacağıq. Son 2 ildə finala kimi irəliləsək də, kubokun bir addımlığında uğursuzluğa düçar olmuşuq. Ona görə də nəyin bahasına olursa-olsun, bu dəfə kuboku qazanmaq istəyirik. ümid edirəm ki, ardıcıl 3-cü dəfə eyni aqibətlə üzləşməyəcəyik.
- Azərbaycan çempionatının səviyyəsini necə dəyərləndirirsən?
- Azərbaycan Premyer Liqasında komandalar arasında böyük fərq yoxdur. Deməli, çempionat, həqiqətən də, maraqlı gedir. Bu, təkcə cari mövsümə aid deyil. Yadımdadır, biz çempion olan mövsümdə yalnız topların fərqinə görə “Olimpik-Şüvəlan”ı qabaqladıq. Ötən il isə “Bakı” sonda bizdən cəmi 1 xal artıq toplayaraq, çempionluğu bayram etdi.
- Son oyunlarda nədənsə səni əsas heyətdə az-az görürük. Bu nədən irəli gəlir?
- Mən deməzdim ki, nadir hallarda əsas heyətdə yer alıram. Məşqçi kimə güvənirsə, ona da əsas heyətdə şans verir. Bəzən ilk “onbirlik”də, bəzən isə sonradan meydançaya çıxıram.
- Sxadadze ilə aranızda problem yoxdur ki? Ümumiyyətlə, onu bir məşqçi kimi necə xarakterizə edərdin?
- Sxadadze ilə münasibətim yaxşıdır. Aramızda heç vaxt problem olmayıb. O, sözün əsl mənasında güclü məşqçidir.
- Maraqlıdır, Sxadadzenin sabiq baş məşqçi Valentin Xodukindən fərqi nədir?
- Xodukinin vaxtında “İnter” praqmatik futbol göstərirdi. İndi isə biz hücum futbolu nümayiş etdiririk. Sxadadze komandamıza yeni oyun üslubu gətirdi. Onun gəlişindən sonra topa daha çox nəzarət edirik. Azarkeşlər də indiki “İnter”dən daha çox zövq alırlar.
- “İnter”in ev oyunlarını keçirdiyi “Şəfa” stadionu süni ot örtüklüdür. Adətən, sürətli oyun göstərən komandalara bu cür meydançalar maneə törədir. Bəs siz necə, eyni halla üzləşmirsiniz ki?
- Həqiqətən də süni örtük pisdir. Belə meydançalarda oynamaq olduqca çətindir. Üstəlik, süni örtükdə zədələnmək ehtimalı daha çoxdur. Ancaq, nə eləmək olar. Mən ki, bunu dəyişə bilmərəm. Artıq süni örtüyə öyrəşmişik. İndi təsəvvür edin, əgər süni örtükdə oynamaq bizim üçün çətindirsə, deməli, rəqiblərimiz üçün bundan 5 dəfə artıq çətindir. Ev oyunlarımızı süni örtükdə keçirməyimiz avrokuboklar zamanı da bizə problem yaradır. Məcburi təbii örtüklü stadiona köçdüyümüz üçün uyğunlaşma baxımından sıxıntı çəkirik.
- “İnter” son illərdə bir qayda olaraq, həm çempionatda, həm də kubokda birinci olmaq üçün mübarizə aparır. Buna baxmayaraq, hələ də komandan azarkeş sayı baxımından “korluq” çəkir. Səncə, bunun səbəbi nədədir?
- Bu onunla bağlıdır ki, “İnter” gənc klubdur. Səhv eləmirəmsə, komandamızın cəmi 5-6 yaşı var. Zamanla azarkeşlərimizin sayı artacaq. Bir də onu vurğulayım ki, “İnter”in azarkeşləri az olsa da, hamısı sadiq fanatlardır. Bunu çempionat və kubok oyunlarında hiss edirik. Harada oynamağımızdan asılı olmayaraq, gəlib bizi dəstəkləyirlər.
- “İnter”də uzun müddət qalmaq istəyirsən, yoxsa indidən ayrılmaq barəsində fikirləşirsən?
- Məndən olsa, “İnter”də daha bir neçə il qalmaq istərdim. Hələ ki, klubla müqaviləm var və bu o deməkdir ki, ən azı sözləşməmin sonuna kimi “İnter”də qalacağam. Əgər rəhbərlik yeni müqavilə təklif etsə, qəbul edərəm.
- Səninlə maraqlanan başqa klublar varmı?
- Yaxşısı budur, mən bu suala cavab verməyim.
- Özünü Azərbaycanda necə hiss edirsən? Bizim ölkənin mentaliteti səndə necə təəssürat oyadıb?
- Hər şey yaxşıdır. Azərbaycan şərq ölkəsidir. Sizin ölkədə həyata baxış tərzi fərqlidir. Ancaq bu mənə problem yaratmır. Həm “İnter”də oynayan yerli futbolçularla, həm də Bakıdakı tanışlarımla yaxşı münasibətdəyəm. Yəni Azərbaycanda yaşamaq mənim üçün rahatdır.
- Bakını necə, bəyənirsənmi?
- Bakı gözəl şəhərdir. İldən-ilə daha da gözəlləşir. Bunu söz xatirinə demirəm. Mən Azərbaycana gəldiyim ilk vaxtlarla müqayisədə Bakıda xeyli dəyişiklik baş verib. Burada çox tikinti gedir. Mən əminəm ki, 6 ay sonra Bakı indikindən də gözəl olacaq.
- Bakıda ailənlə yaşayırsan?
- Əlbəttə ki. Ailəm yanımda olduğundan, Bakıda darıxmıram.
- Maraqlıdır, Azərbaycanda hansı müdafiəçiyə və müdafiəçilərə qarşı oynamaqdan çəkinirsən?
- Mən daha çox “Qarabağ”ın müdafiə xəttini bəyənirəm. Rəşad Sadıqov, Maksim Medvedev və Elnur Allahverdiyev Azərbaycanın ən güclü müdafiəçiləridir. Onlara qarşı oynamaq asan iş deyil. Ancaq mən həmişə istəmişəm ki, güclü müdafiəçilərə qarşı oynayım.
- Bəs Azərbaycan çempionatında çıxış edən hansı qapıçılara qol vurmaq sənin üçün çətin olub?
- Çətin olub deyəndə, mən “Neftçi” və “Xəzər Lənkəran”ın qapıçılarını ən güclü hesab edirəm.
- “İnter”in heyətində hansı titulu qazanmaq arzusundasan?
- Mən “İnter”lə Azərbaycan çempionu ola bilmişəm. Ancaq kubokun qalibi olmaq mənə qismət olmayıb. Bu mənada, cari mövsümdə ölkə kubokunun qalibinin “İnter” olmasını istəyirəm.
Mənbə: “Çempion-Azərbaycan” qəzeti

0
0