“Cırtdanlar” yığmamızın qarşısına 18 futbolçu ilə çıxır
01.03.2010 - 13:36
Lüksemburq yığması martın 3-də Azərbaycanla yoldaşlıq görüşünə 18 futbolçu ilə hazırlaşır. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Quy Hellers komandamızla oyuna geniş heyət çağırmağı məqsədəuyğun saymayıb. Göründüyü kimi, rəqib komandanın çalışdırıcısı adı protokola daxil edilə bilməyəcək futbolçulara dəvət göndərməyib.
Ümumilikdə, 6 legionerin xidmətində maraqlı olan Hellers iki aparıcı oyunçusuna ehtiyac duymayıb. O, Fransanin “Sedan” klubunda çıxış edən Joel Pedro və Norveç “Kunqsvinger”inin üzvü Lars Gersonu “18-liy”əı daxil etməyib. Bu gün “Mets”in heyətində növbəti oyununa çıxacaq Mario Mutş isə yalnız sabah komandaya qoşulacaq. Digər legionerlər – Massimo Martino və Tom Laterza, həmçinin Ceff Ştrasserin bu gün Lüksemburq yığmasına qoşulacağı gözlənilir.
Qapıçılar: Jonatan Juber, Mark Obervays.
Müdafiəçilər: Ante Bukviç, Morera de Souza, Erik Hoffman, Kim Kinsiqer, Mario Mutş, Tom Laterza, Tom Sibenaler.
Yarımmüdafiəçilər: Anton Bojiç, Dan Kollett, Matias Yaniş, Rene Peters, Tom Şnell, Ceff Ştrasser.
Hücumçular: Daniel da Nota, Stefano Benşi, Jel Kitenj.
Qeyd edək ki, Lüksemburq çərşənbə günü keçiriləcək qarşılaşmaya qədər cəmi 4 məşqə çıxacaq.

0
0