Milli komandamızın taleyi debütanta tapşırıldı - FOTO
01.03.2010 - 17:10
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Şotlandiya – Azərbaycan oyununun hakimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, sabah Falkirk şəhərində baş tutacaq qarşılaşmada norveçli Ken Henri Yonsen fit çalacaq. 35 yaşlı skandinaviyalı iki aydır FİFA hakimi adını daşıyır. Onun bu statusda debüt matçı Falkirkdəki görüşə təsadüf edəcək.
Qeyd edək ki, hakimlər briqadasının digər üzvləri və hakim-inspektorla UEFA nümayəndəsinin adları hələ açıqlanmayıb.
Qeyd edək ki, hakimlər briqadasının digər üzvləri və hakim-inspektorla UEFA nümayəndəsinin adları hələ açıqlanmayıb.
0
0