Çexlər milli komandamıza uduzmayanları fərqləndirdi
02.03.2010 - 16:35
Çexlər milli komandamıza uduzmayanları fərqləndirdi
Peter Çex növbəti mükafatına qovuşub. Apasport.az saytının məlumatına görə, Londonun “Çelsi” klubunun 28 yaşlı qapıçısı vətənində 2009-cu ilin ən yaxşı futbolçusu seçilib. Çex 2005 və 2008-ci illərdə də bu uğura nail olub. Budəfəki sorğuda 2-ci yeri “Qalatasaray”ın hücumçusu Milan Baroş, 3-cü yeri isə Fransanın “Bordo” klubunun yarımmüdafiəçisi Yaroslav Plasil tutub.

Onların hər üçü Çexiya mili komandasının aparıcı futbolçuları olsa da, ötən ilin noyabrın 18-də Azərbaycan yığmasına 0:2 hesabı ilə məğlub olduqları, ölkələrində rüsvayçılıq kimi qəbul olunan yoxlama oyununda iştirak etməyib.

Çexlə Baroş zədə səbəbindən Beynəlxalq Ərəb Əmirliyində keçirilən beynəlxalq turnirə aparılmamışdı. Plasil isə ora yollanan heyətdə olsa da, milli komandamızla görüşdə heç ehtiyatda da yer almayıb.
0