Berti Foqts: Vaqif Sadıqov xəyanətkar deyil, amma…
02.03.2010 - 21:20
Berti Foqts: Vaqif Sadıqov xəyanətkar deyil, amma…
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Lüksemburqa qarşı keçiriləcək yoldaşlıq görüşü sizin üçün nəticə, yoxsa oyun baxımından əhəmiyyətlidir?
- Sözsüz ki, həmişə komandamdan qələbə gözləyirəm. İndiyədək məşqlərdən razıyam. Lüksemburq heç də asan rəqib deyil. Bu kollektiv tez-tez sürprizlərə imza atır. Məsələn, səfərdə İsveçrə yığması üzərində qələbəni göstərə bilərik. Lakin mən rəqibin deyil, öz komandamın oyununa fikrimi yönəldirəm. Ötən həftə İordaniyanı məğlub etdikdən sonra məni əsasən yetirmələrimin sabah necə təsir bağışlayacağı maraqlandırır.

- Sabahkı oyuna hazırlıq necə gedir? Əfran İsmayılov dünən məşqi yarımçıq dayandırıb. Vaqif Cavadovun da zədədən əziyyət çəkdiyi məlumdur. Bəs “Anji”dən gələn Mahir Şükürov məşqlərdə necə təsir bağışlayır?
- Mahir Şükürov dünən məşqdə çox yaxşı idi. Nəzərə almaq lazımdır ki, biz İordaniyadan, o isə uzun yol qət edərək, Antalyadan gəlib. Məşqdə yorğun olsa da, ondan razı qaldım. Bu onu göstərir ki, Mahir peşəkar, təcrübəli futbolçudur. Əfran İsmayılov hazırda həkimlərin nəzarət altındadır. O, sabah tam hazır olsa. Forma geyinə biləcək. Vaqifin düşərgəyə gəlməsinə şad oldum. Bununla bağlı həm “Tvente” rəhbərliyi, həm də baş məşqçi Stiv Maklarenlə danışmışıq. Onlar deyiblər ki, Vaqif özü yığmaya gəlmək istəyir. Biz bir ailə kimiyik. Vaqif, 2 günlüyə Bakıya yollanmış Maksim düşərgəyə qoşuldu. Milli komandada atmosferi gördükdə, çox sevinirəm.

- Yığmamızın sizdən öncə və sonra əsas problemi səfərdə oynamaq idi. Son nəticələrə baxdıqda isə səfərdə Lixtenşteyn, Çexiya və İordaniyanı üstələmişik. Demək olarmı ki, artıq futbolçularımız səfərdə mübarizə aparmağı öyrəniblər?
- Biz Əl-Aynda turnirdə bir səhv nəticəsində üstün olduğumuz İraqa uduzduq. Beynəlxalq səviyyəli matçlarda rəqiblər səhvləri bağışlamırlar. İordaniya ilə görüşdə fiziki cəhətdən yetirmələrimdən razı qalmadım. Həmin qarşılaşmanın ikinci hissəsində isə taktiki baxımından narazılığım var. Bu onu göstərir ki, son 3 ayda təlim-məşq toplanışında olmamışıq. Yəqin ki, gələcəkdə başqa cür olacaq. AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi ilə danışıqlarda qərara gələ bildik. Hiss olunur ki, arada buraxdığımız 3 ayın bizə çətinliklər yaradıb.

- Milli komandada köməkçi vəzifəsi hələ də boşdur. Əvvəl bu vəzifəni Vaqif Sadıqov yerinə yetirirdi. Sonra o, “Neftçi”yə getdiyinə görə yığmadan ayrıldı. İş elə gətirib ki, indi Sadıqov sərbəstdir. Ola bilərmi ki, yenidən sizin Berti Foqtsla əməkdaşlığınız baş tutsun?
- Əgər bir insan ki, klub məşqçisi olmaq üçün federasiyadan işdən çıxıbsa, ikinci dəfə oraya qayıtmamalıdır. Həmin şəxs klubda işləmək qərar qəbul edibsə, bura qayıtması düzgün olmazdı.

- Siz Vaqif Sadıqovu xəyanətkar hesab edirsiniz?
- Əksinə. Onun böyük klubun baş məşqçisi işləmək üçün şansı yaranmışdı. Bu qərarı nə mən, nə də AFFA rəhbərliyi verib. Onun özünün qərarı belə idi. Təbii ki, belə bir fürsətdən hər kəs istifadə etmək istəyirdi. Nə vaxtsa, özümüzə azərbaycanlı gənc məşqçi götürəcəyik. Ola bilər ki, o, 1 ilə təcrübə toplayıb, böyük klubda işləmək istəyini bildirəcək. Bu, futbolda normal prosesdir. “Neftçi” kimi klubun təklifinin müsbət cavablandırılması normal haldır.

- Yığmamız son iki səfər matçında 2 qol vurub. Sabah bu ənənəni davam etdirə biləcəyəkmi?
- İordaniyanın qapısına cəmi 2 qol vurmağımızdan narazı qaldıq. Öz səhvlərimizi ucbatından 3 yüzfaizlik qol şansını əldən verdik. Lüksemburq İordaniyadan tam fərqli komandadır. İordaniyalıların bizim sürətli oyun göstərəcəyimizi gözləmirdilər. Lüksemburq yığması Avropa üslubunda oynayır və iordaniyalılarla müqayisədə ləngdirlər. Sabahkı oyun çətin olacaq. Əgər sabah 2 qol vura bilsək, uduzmayacağıq.
0