Rəşad qafiyə açdı, Kamran meyxana dedi
02.03.2010 - 22:09
Rəşad qafiyə açdı, Kamran meyxana dedi
Azərbaycan futbol yığması Lüksemburqla yoldaşlıq görüşünün hazırlığını yekunlaşdırıb. Apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, milli komandamız bu gün Bakı vaxtı ilə saat 19:30-da matçın keçiriləcəyi “Joze Bastel” stadionunda məşq edib.

Ən maraqlı anlar futbolçularımızın məşqə gedişi zamanı yaşanıb. Yığmamızın üzvləri Kamran Ağayev, Rəşad Sadıqov, Mahir Şükürov və başqaları avtobusda meyxana deyiblər.

Məşqə gəlincə, dünən zədələnmiş Əfran İsmayılov fərdi hazırlaşıb. “Tvente”nin düşərgəsindən zədəli qayıtmış Vaqif Cavadov isə məşqi kənardan izləyib. Baş məşqçi Berti Foqts taktiki hazırlığa üstünlük verib. Futbolçular xüsusilə cərimə meydançamıza göndərilən topun uzaqlaşdırılması, eləcə də künc zərbələri üzərində çalışıblar.

Qeyd edək ki, sabah Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
0