Qələbə şansları: Azərbaycan 60 %, Lüksemburq 40%
03.03.2010 - 04:48
Qələbə şansları: Azərbaycan 60 %, Lüksemburq 40%
“İndi yığma optimal vəziyyətdə deyil. Lakin ötən həftə İordaniya üzərində qələbə bizdə ruh yüksəkliyi yaradıb, özünəinamı artırıb. Buna görə də Lüksemburqla oyuna da qələbə qazanmaq əzmi ilə çıxacağıq”. Bu sözləri apasport.az saytının Lüksemburqa ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu deyib.

25 yaşlı futbolçu bildirib ki, bu gün səfərdə Lüksemburqa qarşı keçiriləcək yoldaşlıq görüşü vacib əhəmiyyət daşıyır: “Uşaqlar çoxdandır bir yerdə olmurdular. Bu il birinci dəfə təlim-məşq toplanışı keçirilir. Avropa çempionatının seçmə mərhələsinə hazırlıq baxımından ilk addımları atırıq. Bu addımlar uğurlu olmalıdır ki, seçmə mərhələdə də nailiyyətlər qazanaq”.

Matçla bağlı proqnoz verən Yunisoğlu yığmamızı favorit sayıb: “Fikrimcə, üstünlük bizim tərəfimizdədir. Qələbə şansını 60-ın 40-a yığmamızın lehinə qiymətləndirirəm”.
0