Britaniya kabusumuz dağıldı...
03.03.2010 - 17:46
Britaniya kabusumuz dağıldı...
21 yaşlılardan ibarət yığma komandamızın (U-21) futbolçuları Nizami Hacıyevlə Araz Abdullayev Azərbaycan futbolunun tarixinə düşdülər. Apasport.az saytının hesablamalarına görə, müvafiq olaraq “Xəzər-Lənkəran” və “Neftçi” klubunda çıxış edən bu yarımmüdafiəçilər Böyük Britaniyada qol vuran ilk futbolçularımız oldular.

Əsas yığmamız və U-21 1994-cü ildən seçmə mərhələlərdə iştirak edir. Bu müddətdə hər iki yığma Britaniyada kifayət qədər rəsmi oyun keçirsə, nəinki xal qazana, heç rəqib qapısına yol tapa da bilməmişdi. Bu tilsim nəhayət, qırıldı. Artıq Böyük Britaniyada da qol vura bilirik. Özü də birini yox, ikisini.

Böyük Britaniyaya daxil olan İngiltərə, Uels və Şimali İrlandiya ilə həm milli komandamız, həm də U-21 görüşüb. Berti Foqtsun bir vaxtlar baş məşqçisi olduğu Şotlandiya yığması ilə görüşməyən millimizdən fərqli, U-21-in Britaniyaya ilk səfərini uğurlu saymaq olar. Hər halda, Falkirk şəhərində keçirilən oyunda iki dəfə hesabda irəli olmuş, görüşün böyük hissəsini müdafiəçimiz Tural Axundov qırmızı alandan sonra azlıqda keçirmişik. Nizami oyunda hesabı açıb, Araz isə azlıqda qalan komandamızı hesabda yenidən irəli çıxarıb.

Qeyd edək ki, Hacıyevdən fərqli, Abdullayev əsas yığmamızda da oynayıb.

Yığmalarımızın Böyük Britaniyada keçirən oyunlar

Milli komanda

29 mart 2003-cü il. Avropa çempionatının seçmə mərhələ oyunu. Uels - Azərbaycan - 4:0

30 mart 2005-ci il. Dünya çempionatının seçmə mərhələ oyunu. İngiltərə – Azərbaycan - 2:0

3 sentyabr 2005-ci il. Dünya çempionatının seçmə mərhələ oyunu. Şimali İrlandiya – Azərbaycan - 2:0

12 oktyabr 2005-ci il. Dünya çempionatının seçmə mərhələ oyunu. Uels – Azərbaycan - 2:0

6 sentyabr 2008-ci il. Dünya çempionatının seçmə mərhələ oyunu. Uels - Azərbaycan - 1:0

U-21

28 mart 2003-cü il. Avropa çempionatının seçmə mərhələ oyunu. Uels – Azərbaycan – - 2:0

29 mart 2005-ci il. Avropa çempionatının seçmə mərhələ oyunu. İngiltərə - Azərbaycan – 2:0

11 oktyabr 2005-ci il. Avropa çempionatının seçmə mərhələ oyunu. Uels – Azərbaycan – 3:0

18 may 2006-cı il. Şimali İrlandiya – Azərbaycan – 3:0
0