Kamran Ağayev tibbi müayinəni gözləyir
04.03.2010 - 10:11
 Kamran Ağayev tibbi müayinəni gözləyir
Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev bir müddət yaşıl meydandan kənarda qalacaq. Apasport.az saytının məlumatına görə, 24 yaşlı qapıçı Lüksemburqla səfərdə keçirilən yoldaşlıq görüşünün 21-ci dəqiqəsində zədələndiyi üçün Fərhad Vəliyevlə əvəzlənməli oldu. Kamran AFFA-nın rəsmi saytına açıqlamasında zədəsi ilə bağlı bunları deyib: “Ağır zədə aldığımdan oyunu davam etdirə bilmədim. Zədəmin dərəcəsi isə tibbi müayinədən sonra bilinəcək”.

Qeyd edək ki, Kamranın kapitanı olduğu “Xəzər-Lənkəran”a Azərbaycan kubokunun ¼ final mərhələsində “Qarabağ”la görüşlərdə, habelə “altılığ”ın ilk oyunlarında kömək edə bilməyəcəyi gözlənilir. Onu təcrübəli Dmitri Kramarenko əvəzləyəcək.
0