Quy Hellersin etirafı: Azərbaycan yığmasının səviyyəsi daha üstün idi
04.03.2010 - 10:14
Quy Hellersin etirafı: Azərbaycan yığmasının səviyyəsi daha üstün idi
“Azərbaycan uduzsaq da, oyundan razı qaldım. Amma iki səhv olmasaydı, nəticə başqa cür ola bilərdi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Lüksemburq milli komandasının baş məşqçisi Quy Hellers deyib.

Yoldaşlıq oyununda Azərbaycan milli komandası ilə qarşılaşan “cırtdan” ölkə təmsilçisinin çalışdırıcısı matçdan sonra görüşlə bağlı fikirlərini açıqlayıb: “Təəssüflər olsun ki, hesabı bərabərləşdirən kimi rəqib yenidən qol vurdu. Azərbaycan komandasının səviyyəsi bizimkindən üstün olduğuna görə, oyun bizim üçün çətin keçdi”.

Qeyd edək ki, Lüksemburq yığması ilə görüşdə millimiz 2:1 hesabı ilə qalib gəlib.
0