Əfran İsmayılov Avstriyaya təlim-məşq toplanışına yollanmayacaq
04.05.2010 - 16:55
Əfran İsmayılov Avstriyaya təlim-məşq toplanışına yollanmayacaq
Ağdamın “Qarabağ” klubunun daha bir futbolçusu üçün mövsüm erkən bitib. Apasport.az saytının məlumatına görə, Rəşad Sadiqovun ardıcda milli komandamızın digər yarımmüdafiəçi - Əfran İsmayılov da ciddi zədə problemi ilə üzləşib.

Unibank Premyer Liqasının XXX turunda “İnter”lə görüşdə xəsarət alan gənc yarımmüdafiəçinin təxminən iki ay oynamayacağı müəyyənləşib. Bu isə deməkdir ki, Əfran nəinki son iki turda “Xəzər-Lənkəran” və “Neftçi” ilə görüşlərdə, milli komandamızın qarşıdakı oyunlarında da iştirak etməyəcək.

Milli komandamızın baş məşqçisi Berti Foqtsun dövründə debüt edərək, qısa müddətdə heyətdə möhkəmlənən, qol hesabını da açan İsmayılov Avstriyadakı hazırlıq prosesindən kənar qalacaq.

Qeyd edək ki, yığmamız Avstriyada mayın 26-da Moldova, 29-da Makedoniya, iyunun 2-də Honduras yığması ilə yoldaşlıq görüşü keçirəcək.