FİFA mundialdan 3,2 milyard dollar qazanacaq
04.05.2010 - 17:20
FİFA mundialdan 3,2 milyard dollar qazanacaq
Gələn ay Cənubi Afrika Respublikasında startı veriləcək dünya çempionatı FİFA-ya 3,2 milyard dollar gəlir gətirəcək. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun qiymətləndirilməsinə əsasən, final mərhələsindən təmiz gəlir 1 milyard təşkil edəcək. Turnirin keçirilməsi təşkilatçılara 1,2 milyard dollara başa gələcək. Daha 1 milyard isə futbolun inkişafı ilə bağlı layihələrə yönəldiləcək. FİFA-nın baş katibi Cerom Valkeinin sözlərinə görə, əsas gəlir sponsorluq müqavilələrinin hesabına əldə olunacaq.