Bakıda Dünya Kuboku keçiriləcək
04.05.2010 - 18:48
Mayın 7-də Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Bakıda WPC (World Powerlifting Congress) versiyası üzrə pauerliftinq və benç-press üzrə kişi və qadınlar arasında Dünya Kuboku start götürəcək. Lent.az-ın məlumatına görə, turnirdə 18 ölkənin 100-dən artıq atleti mübarizə aparacaq.
Bakı Əyləncə Mərkəzinin “Eliza” zalında təşkil olunacaq Dünya Kubokunu izləyənlər arasında WPC-nin prezidenti Mayk Suini də olacaq. O mayın 5-də Bakıya gələcək. Dünya Kubokunun təntənəli açılış mərasimi mayın 7-si saat 19:00-da başlanacaq. Yarış 3 gün davam edəcək.

- DÇ-2026: Əlcəzair İsveçrəyə rəqib oldu
- İranın arzuları 90+6-da məhv oldu - Avstriyanın qoluyla mundialla vidalaşdı
- DÇ-də qardaşlardan tarixi ilk - Fərqli millilərdə qol sevinci
- İran gözləmədədir - Taleyi Əlcəzair - Avstriya matçından asılıdır
- Vissa Özbəkistanı tək keçdi - 2 qolla matçın ən yaxşısı oldu
0
0