Jaba: “İnter”ə yenə qol vuracağam
04.05.2010 - 23:04
“İnter”lə oyun çətin keçəcək. İlk görüşdə çox təəssüf ki, rəqibə məğlub olduq. Amma hələ təslim olmamışıq. Qarşıda bizi minimum 90 dəqiqə gözləyir”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Bakı” klubunun futbolçusu Jaba deyib.
Paytaxt təmsilçisi bu gün ölkə kubokunda həmşəhərliləri “İnter”lə cavab yarımfinal matçına çıxacaq. Bu oyunla bağlı fikirlərini açıqlayan braziliyalı futbolçu meydana qələbə qazanmaq üçün çıxacaqlarını bildirib: “Bütün gücümüzü meydanda qoyacağıq. İnanıram ki, finala yüksələn komanda məhz “Bakı” olacaq. Çempionatda olduğu kimi, çalışacağam ki, kubokda da yenə “İnter”ə qol vurum. Amma əsas olan mənim fərqlənməyim yox, “Bakı”nın finala vəsiqə qazanmasıdır”.

0
0