Fərid Quliyev Böyükağa Hacıyevlə mübahisəsinə aydınlıq gətirdi
05.05.2010 - 10:31
“Komandamızın məşqi zamanı heç bir ciddi münaqişə yaşanmayıb. Xırda bir şeydir. Hər klubda belə şeylər olur”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Fərid Quliyev deyib.
Sumqayıtın “Standard” klubunda forma geyinən 24 yaşlı hücumçu komandasının məşqində baş məşqçi Böyükağa Hacıyevlə arasında yaranan mübahisəyə aydınlıq gətirib. Quliyev çalışdırıcı ilə mübahisə etdiyini, bu səbəbdən məşqdən qovulduğunu təkzib edib: “Baş məşqçimiz Böyükağa Hacıyevlə aramızda qalmaqalın yaranması xəbəri səhv məlumatdır. Biz onunla heç mübahisə də etməmişik. Məşqdən qovulmağım da düz deyil. Komanda ilə birgə hazırlıqları davam etdirirəm”.
Hacıyevdən son turun “Muğan”la qarşılaşmasında niyə əvəzlənməsinin səbəbini soruşmaqla mübahisənin əsasını qoyan Quliyev bunun həqiqətdən uzaq olduğunu iddia edir: “Düzdür, son oyunda əvəzlənəndən sonra bir az hirsli idim. Lakin bu heç də əvəzlənməyim və ya baş məşqçi ilə bağlı deyildi. Sadəcə, məğlub olmağımıza əsəbiləşmişdim”.
Qeyd edək ki, Quliyev komandasının 0:2 hesabı ilə uduzduğu oyunun 60-cı dəqiqəsində Amiran Muciri ilə əvəzlənib.

0
0