“Bakı” ikinci, “Xəzər-Lənkəran” üçüncü dəfə finalda - YENİLƏNİB
05.05.2010 - 18:53
“Bakı” ikinci, “Xəzər-Lənkəran” üçüncü dəfə finalda -  YENİLƏNİB
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Bakı” və “Xəzər-Lənkəran” klubları qazandıqları qələbələrlə finala vəsiqə qazanıblar.

Öz meydanında keçirdiyi ilk oyunda “İnter”ə uduzan paytaxtın eyni adlı təmsilçisi səfərdə cütün taleyini öz xeyrinə həll edə bildi. Oyunun gedişində hətta 10 nəfərlə qalan “Bakı” 3:1 hesablı qələbə ilə tarixində ikinci dəfə finala yüksəlib. Hərçənd, meydan sahibləri matçın gedişində hesabı bərabərləşdirməyə də imkan tapmışdı.

Elə “Olimpik-Şüvəlan” da Lənkərandakı qarşılaşma zamanı hesabı bərabərləşdirməyə nail oldu. Erkən qol buraxan bakılılar “Xəzər-Lənkəran”la ilk oyunda olduğu kimi, yenə hesabı 1:1 etsə də, sevincləri çox sürmədi. Mario Souza vurduğu qolla komandasını tarixinin üçüncü finalına çıxarıb.

5 may

“İnter” – “Bakı” - 1:3

QOLLAR: Anhel Qutyerres, 51 - Vyaçeslav Sofroni, 27; Jaba, 56; Milan Zaqorats, 66 (öz qapısına)
QIRMIZI VƏRƏQƏ: Vadim Borets (Bakı), 72 (ikinci sarı)
Bakı. “Şəfa” stadionu
İlk oyun – 1:0

“Xəzər-Lənkəran” – “Olimpik-Şüvəlan” - 2:1
QOLLAR: Allan Lalin, 6; Mario Souza, 81 - Mirko Bunyevçeviç, 76
Lənkəran. Mərkəzi stadion
İlk oyun – 1:1