Azərbaycan çempionu baş məşqçisiz qaldı - FOTO
05.05.2010 - 11:44
Azərbaycan yığmasının sabiq futbolçusu Leandro Qomeşin çıxış etdiyi “Sampayo Korrea” klubunda baş məşqçi istefası baş verib. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Valter Ferreyra tutduğu vəzifədən kənarlaşdırılıb.
Buna komandanın nəticələri səbəb olub. Ferreyra bu postda vur-tut 51 gün çalışıb. Onun rəhbərliyi altında 5 qələbə, 4 heç-heçə və 5 məğlubiyyətin qeydə alındığını görən klub prezidenti Serjio Frot baş məşqçini qovmağa qərar verib. Ferreyra ilə yanaşı, bütün məşqçilər korpusu da işsiz qalıb. Qomeşin komandasının yeni baş məşqçisi bu gün müəyyənləşməlidir.
Qeyd edək ki, 34 yaşlı hücumçu indiki klubuna digər Braziliya təmsilçisi “Amerikano”dan transfer olunmuşdu. Azərbaycanda “Bakı”, “Olimpik-Şüvəlan” və “Karvan”ın şərəfini qorumuş Qomeş paytaxtın eyni adlı klubu ilə ölkə çempionu və kubokunun sahibi olub.

0
0