Azərbaycan futbolçuları “Gamla Ullevi”də
05.05.2010 - 11:53
Qadınlardan ibarət Azərbaycan milli komandasının İsveç yığması ilə keçirəcəyi oyunun vaxtı və yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin iyunun 23-də baş tutacağı görüş Höteborq şəhərində oynanılacaq.
Qarşılaşma 3 il əvvəl inşa olunan “Gamla Ullevi” arenasında baş tutacaq. 19 min tamaşaçı tutumuna malik stadionun 15 min oturacağı var. Daha 4 min azarkeşin isə ayaq üstə izləməsi nəzərdə tutulub. “Höteborq”, HAİS və “Erqryute” klubları ev matçlarını bu arenada keçirir. Stadionun meydanının ölçüləri 105x68 metrdir. Bu görüş saat 21:30-da başlayacaq.
Qeyd edək ki, Höteborqun ən məşhur arenası 43200 tamaşaçı tutumuna malik “Nya Ullevi” stadionudur.

0
0