“Barselona”dan növbəti rekord
05.05.2010 - 12:00
İspaniya çempionatının lideri “Barselona” daha bir rekord vurub. Apasport.az saytının məlumatına görə, Primeronun hesabat turunda “Tenerife”yə 4:1 hesabı ilə qalib gələn Qvardiolanın yetirmələri xallarının sayını 93-ə çatdıraraq, çempionatda yeni rekord müəyyənləşdiriblər.
Belə ki, indiyə kimi 20 komandanın iştirakı ilə keçirilən İspaniya çempionatında bu qədər xal toplayan olmayıb. Bundan əvvəlki rekord isə “Barselona”nın əzəli rəqibi “Real”a məxsus idi. Lakin madridlilər 22 klubun mübarizə apardığı Primeroda 92 xal toplamışdılar.

0
0