Sandra azərbaycanlı futbolçularla bir arada
05.05.2010 - 12:20
Sandra azərbaycanlı futbolçularla bir arada
Qadınlardan ibarət Azərbaycan milli komandasının İsveçlə oyununu idarə edəcək baş hakim müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya çempionatının seçmə mərhələsinin iyunun 23-də baş tutacaq həmin görüşdə portuqaliyalı Sandra Bastos Braz fit çalacaq. 32 yaşlı FİFA hakimi 2004-cü ildən bu statusu daşıyır. Höteborqun “Qamla Ullevi” stadionunda keçiriləcək qarşılaşmada Sandraya kömək edəcək hakimlərin adları hələ açıqlanmayıb.

Qeyd edək ki, yığmamız iyunun 23-dək daha bir oyun keçirəcək. Şamil Heydərovun yetirmələri iyunun 19-da Belçika millisinin qonağı olacaq.