“Hollandiyada cümə günü bazarlıq etməsən, 2 gün çörəksiz qalırsan”
05.05.2010 - 12:35
Azərbaycan yığmasının və Hollandiyanın "Tvente" klubunun hücumçusu Vaqif Cavadovun atası, veteran futbolçu Füzuli Cavadovun apasport.az saytına müsahibəsi
- Bildiyimizə görə, artıq Azərbaycana qayıtmısınız...
- Elədir. Mən, oğlum və yoldaşım artıq Hollandiyadan Azərbaycana qayıtmışıq. Düzü, 3 aydan çox idi ki, vətəndə deyildik. Yaxınlarımızı çoxdandır görmürdük. Vaqif bizimlə gəlmədi. Çünki o, komanda ilə birgə idi. Yaxınlarda mükafatlandırma mərasimi olmalıdır. Vaqif məhz həmin tədbirdən sonra qayıdacaq.
- Hollandiyadakı yaşayış tərzinə tez uyğunlaşa bildinizmi?
- Biz Vaqifdən 1 ay sonra Hollandiyaya getdik. Əsl yaşamalı yerdir. Hamı bir-birinə hörmət edir. Bir sözlə, Hollandiyadan xoş təəssüratla ayrıldım.
- Orada diqqətinizi ən çox çəkən nə oldu?
- Düzü, tam fərqlidir. 60, 80 yaşlı kişilər küçədə velosiped sürürlər. Heç kimin heç kimlə problemi yoxdur. Futbol orada əsl bayrama çevrilir. Hollandların futbola münasibəti çox yaxşıdır. Onlar futbolu, futbolçunu həqiqətən də sevirlər.
- Hollandiya Avropanın ən gözəl ölkələrindən sayılır. Yaşadığınız Enshede şəhərini və başqa yerləri gəzməyə vaxt tapdınızmı?
- Əlbəttə. Bütün günü evdə oturmaq darıxdırıcıdır. Vaqifin məşqdən gəlməsini gözləyirdik. O, gələn kimi şəhərə çıxıb gəzirdik. Bildiyiniz kimi, Hollandiya ilə Almaniya qonşudur. Hətta Almaniyaya getmək imkanımız da oldu. Hollandiyanın sahəsi elə də çox deyil. Hər 10 km-dən bir yeni şəhər qarşına çıxır. Gəzməmək olmur.
- Adət-ənənələri necədir?
- Bizim kimi qonaqpərvərdirlər. Düzü, onları tam təsvir edə bilmərəm. Amma xoşuma gələn bir adətlərini deməliyəm. Hollandiyada şənbə və bazar günləri bütün mağazalar bağlı olur. Bütün bazarlığını cümə günü etməlisən. Əgər, bunu etməsən, 2 gün çörəksiz qalacaqsan. İstirahət günləri ancaq restoranlar fəaliyyət göstərir. İnsanlar gah bura, gah da stadionlara gedirlər.
- Yenidən orada yaşamağı istərdinizmi?
- Rəhbərlik bizim üçün şərait yaratmışdı, ev və maşınla təmin etmişdi. İstərdim ki, yenə Hollandiyaya qayıdıb, yaşayım. Amma əvvəlcədən proqnoz vermək istəmirəm.
- Hollandiyadakı həyatınızdan ağızdolusu danışdınız. Amma sizin səfərinizin məğzi futbolla bağlı idi ki, uğursuzluqla üzləşdiniz. Niyə belə alındı?
- Həyatdır. Heç kim heç nədən sığortalanmayıb. Əlbəttə ki, Vaqifin oynamaması məni təəssüfləndirir. Əslində, "Breda" ilə son oyunda komanda ilə birgə idi. Buna baxmayaraq, onu meydana buraxmadılar.
- Vaqifin zədələnməsi "Tvente" rəhbərliyinin ona ümidini azaltmayıb ki?
- Mən də, əmisi İsgəndər Cavadov da dəfələrlə zədələnmişik. İki aydan sonra çıxıb oynamışam, İsgəndərin bərpa prosesi 1 ay çəkib. Vaqif uzun müddət oynamadı. Əslində, Vaqif zədəni burada alsaydı, yəqin ki, 1 aydan sonra çıxıb oynayardı. Amma orda Vaqifin tam sağalmasını istədilər, onun üçün xüsusi proqram tərtib etdilər. Həkimlərlə, menecerlərlə mütəmadi əlaqə saxlayıb, Vaqifin zədəsi ilə yaxından maraqlanırdım. Mənə deyirdilər ki, Vaqifə ən uyğun müalicəni tətbiq etmişik. Artıq müalicə müddəti başa çatmaqdadır. Oğlum özünü yaxşı hiss edir. Vaqifi orda lazımlı futbolçu sayırlar. Ona münasibət yaxşıdır.
- Hollandiyada belə bir fikir formalaşıb ki, ehtiyatda qalan bir neçə oyunçu, o cümlədən Vaqif də icarəyə veriləcək. Bu, düzgün informasiyadırmı?
- Vallah, mən də ordan-burdan eşitmişəm. Qarşıda "Tvente"ni məsul turnirlər gözləyir. Vaqif həmin turnirlərə hazırlıq məqsədilə keçirilən təlim-məşq toplanışlarında etimadı doğrultmalıdır. Amma həyatda hər şeyin olması mümkündür. İnanıram ki, Vaqifin karyerasında hər şey yaxşılığa doğru dəyişəcək.

0
0