Azərbaycan çempionu Çempionlar Liqasının səpələnmişləri sırasında!
05.05.2010 - 13:42
Çempionlar Liqasının 2010/11 mövsümü Azərbaycan futbolu üçün əlamətdar hadisə ilə zəngin ola bilər. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin tarixində ilk dəfə təmsilçimiz püşkatma zamanı səpələnmişlər sırasında yer almağa namizəddir. Lakin bunun gerçəkləşməsi üçün bir sıra şərtlər zəruridir.
Bu yay II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq Azərbaycan çempionu 34 komanda sırasında olacaq. Bu iştirakçılar da reytinqinə əsasən iki “17-liy”ə bölünüb. Həm səpələnmiş, həm də səpələnməmiş komandaların 14-nün kimliyi və ya ən azı hansı ölkələri təmsil etdiyi artıq müəyyənləşib. Digər 6 ölkənin, o cümlədən, Azərbaycan çempionunun hansı səbətdə qərarlaşacağını isə bu çempionatların bitməsi aydınlaşdıracaq. Təbii ki, 6 çempiondan ən yüksək reytinqə malik üçü güclülər, üçü nisbətən zəiflərə qoşulacaq.
Qazaxıstanın “Aktobe” və Finlandiyanın HİK klubları II təsnifat mərhələsinə vəsiqəni əldə etsə də, onların da taleyi qeyri-müəyyəndir. Reytinqləri 2,399-a bərabər olan bu iki çempion digər 4 rəqibinin kimliyini gözləməlidir.
Azərbaycan çempionatının sonuna iki tur qalmış bu ada 4 namizəd qalır. Hesabında 27 xal olan “Xəzər-Lənkəran”la onlardan 2 xal geri qalan “İnter” digərləri ilə müqayisədə daha şanslı görünür. Lakin bu iki komanda qalib adını qazanarsa, səpələnməmişlər sırasında yer alacağı indidən dəqiqdir. Çünki onların reytinqləri müvafiq olaraq 1,099 və 1,349-a bərabərdir. Bununla da onlar “Aktobe” ilə HİK-dən də, Bosniya və Herseqovina, Macarıstan və Polşa çempionlarından da - kimliyindən asılı olmayaraq – geri qalacaq.
Azərbaycan çempionu olmaq şansları daha az olan “Bakı” ilə “Qarabağ” ötən yay uğurlu çıxış etməklə, reytinqlərini 2,599-a çatdırıb. Bu isə onların Qazaxıstan və Finlandiya çempionlarından öndə olması deməkdir. Adıçəkilən iki klubumuzdan hər hansı biri qızıl medallara sahib çıxarsa, səpələnmişlər sırasında yer alması üçün daha bir rəqibini arxada qoyması vacibdir. Yəni, Bosniya və Herseqovina, Macarıstan və Polşa çempionatlarının birində reytinqi “Bakı” və ya “Qarabağ”ınkından aşağı olan komanda qalib gəlməlidir. Həmin çempionatlardakı durum isə buna imkan verir.
Polşada sona 3 tur qalmış çempionluğa 4 namizəd qalıb. Hazırda “Visla” 57, “Lex” 56 xalla ilk sıraları zəbt edib. Lakin 53 xallı “Rux”, və iki xal geri qalan “Legiya” da çempionluq şanslarını itirməyib. Bu “dördlük”dən yalnız birinin – “Rux”un çempionluğu bizimkilərə sərf edər. Çünki bu komandanın reytinqi “Bakı” və “Qarabağ”dan aşağıdır – 2,508. “Visla” (8,508), “Lex” (11,008), həmçinin “Legiya”nın (4,508) çempionluğu isə sərfəli deyil.
Polşa ilə müqayisədə Bosniya və Herseqovinada durum daha ürəkaçandır. Düzdür sona 4 tur qalmış nəzəri də olsa, çempionluq şansları qalan 5 komandadan yalnız ikisi “Bakı” ilə “Qarabağ”dan yüksək reytinqə malikdir. Lakin “Sarayevo” və “Zrinski”nin çempionluq şansı minimuma bərabərdir. Hazırda isə 53 xala malik “Jelezniçar” və 3 xal geri qalan “Borats” daha şanslı görünür. “Şiroki Briyeq” 45, “Sarayevo” və “Zrinski” 42 xalla yalnız möcüzəyə ümid edir. İlk iki pillədə qərarlaşanlar 1,749, onların ən yaxın izləyicisi 2,249 xala malikdir. Bu isə bizim “cütlüy”ə səpələnmişlər sırasına düşməsini gerçəyə çevirə bilər. “Sarayevo” (3,249) və “Zrinski” (2,749) isə çətin ki, çempionların turnirinə vəsiqə qazansın.
Macarıstanda iki komanda çempionluq iddiasındadır. “Videaton” 57, “Debretsen” 55 xalla finişə 5 tur qalmış ən yaxın izləyicilərini 13 xal qabaqlayır. Çempionlar Liqasında oynayacaqları halda, “Qarabağ”la “Bakı” “Videaton”a azarkeşlik etməlidir. Çünki bu komandanın reytinqi 1,350-yə bərabərdir. “Debretsen” isə 5,350 ilə daha yüksəkdə qərarlaşıb.
Bir sözlə, Azərbaycan çempionunun səpələnmişlər sırasında yer alması üçün iki şərt yerinə yetirilməlidir. Birincisi, “Bakı” və ya “Qarabağ” klublarından biri Azərbaycan çempionu olmalıdır. İkincisi, “Rux”, “Videaton”, “Jelezniçar”, “Borats” və “Şiroki Briyeq” klublarından biri öz ölkəsində çempion adını qazanmalıdır.

0
0