“Qalatasaray” Mövlud Ərdinci transfer etmək istəyir
05.05.2010 - 15:05
“Qalatasaray” Mövlud Ərdinci transfer etmək istəyir
“Qalatasaray” Türkiyə yığmasının hücumçusu Mövlud Ərdinci transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, “Cim Bom” rəhbərliyi gənc futbolçunun hazırda şərəfini qoruduğu PSJ (Fransa) klubuna rəsmi müraciət edib.

Bununla bağlı futbolçunun böyük qardaşı, eyni zamanda mətbuat katibi Ramazan Ərdinc məlumat verib: “Soşo”dan PSJ-yə 8 milyon avroya keçən Ərdincin hazırda qiyməti bundan iki dəfə də çoxdur (17 milyon avro). Hazırkı klubunun heyətində ötən həftəsonu Fransa kubokunu qazanan Mövlud indi bunun sevincini yaşayır”.

Ərdinc bildirib ki, qardaşı daha çox İngiltərədə oynamağı arzulayır: “Mançester Yunayted”, “Çelsi”, Almaniyanın “Bavariya” klubu da onu almaq istəyir”.