“Neftçi” cari mövsümdə bizi məğlub edə bilməyib”
05.05.2010 - 15:33
“Arxada qalan oyunlara diqqət yetirsək, ilk “altılıq”da yalnız “Xəzər-Lənkəran”a uduzmuşuq. Digər rəqiblərimizdən isə xal almışıq. İndi meydanda bir-birinizi yaxşı başa düşürük. Komanda şəklində daha yaxşı oynayırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun futbolçusu Vurğun Hüseynov deyib.
İlk “altılığ”ın son pilləsində qərarlaşan Qəbələ təmsilçisinin az da olsa, avrokuboklara vəsiqə qazanmaq şansı davam edir. Bu barədə fikirlərini açıqlayan gənc müdafiəçi bildirib ki, sonadək mübarizə aparacaqlar: “İlk “altılıq”da ən çox xal toplayan komandalardan biriyik. Lakin 6-cı pillədə qərarlaşmışıq. Məncə, bunun əsas səbəbi birinci mərhələdə qızıl xal ehtiyatının az olmasıdır. Buna görə də Avropa Liqasına getmək şansımız azdır. Ancaq mübarizəni sona qədər davam etdirəcəyik”.
Hüseynov qarşıdakı turlarda “Neftçi” və “İnter”lə oyunlarda qələbə qazanmaq niyyətində olduqlarını deyib. Transferi ilə bağlı sualımızı da cavablandıran 22 yaşlı müdafiəçisi iddialı klublardan təklif aldığını etiraf edib: “Yeganə məqsədimiz 2 oyundan 6 xal toplamaqdır. “Neftçi” cari mövsümdə bizi məğlub edə bilməyib. 3 oyunun ikisində qələbə qazanmışıq, bir görüş isə heç-heçə başa çatıb. Bu göstərici bizi bir qədər də həvəsləndirir. Transferi məsələsinə gəlincə, sözün açığı, “Turan”a dönməyi düşünmürəm. Tovuz klubuna konpensasiya ödəyəcəyəm. Təkliflər var, həm də iddialı klublardan. Ancaq mövsüm başa çatmayıb və indidən hansısa klubun adını qeyd etməyim düzgün deyil”.

0
0