Hafiz Məmmədov: Belə güclü klubla qələbə qazanmamaq olmazdı
05.05.2010 - 18:11
“Belə güclü komanda ilə qələbə qazanmamaq olmazdı. Hərçənd, matçdan əvvəl bununla bağlı tərəddüdlərim var idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun prezidenti Hafiz Məmmədov deyib.
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter”i 3:1 hesabı ilə məğlub edən paytaxtın eyni adlı komandasının rəhbəri görüşdən sonra finala vəsiqə ilə kifayətlənmədiklərini açıqlayıb: “Lakin oyunun ilk dəqiqələrindən gördüm ki, komandamız qələbəyə layiq oyun göstərir. Əvvəl də demişdim ki, “Bakı”nı hesabdan silmək tezdir. Qarşıda ölkə kuboku və çempionluq uğrunda mübarizə var. Çempionatda hələ heç nə bitməyib. Son iki turda qələbə qazanmaqla, istəyimizə çata bilərik”.

0
0