Kaxaber Sxadadzenin səhhətində problem yarandı
05.05.2010 - 18:25
Bakının “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Bakı” ilə cavab oyunundan sonra keçirilən mətbuat konfransına qatılmayıb. Apasport.az saytının məlumatına görə, buna səbəb kimi gürcüstanlı mütəxəssisin özünü pis hiss etməsi göstərilib. Onu mətbuat konfransında köməkçisi Elxan Abdullayev əvəzləyib. Baş məşqçinin halının pisləşməsində isə oyunun nəticəsi də rol oynayıb. Belə ki, səfərdə 1:0 hesabı ilə qalib gələn “İnter” öz meydanında 1:3 hesabı ilə uduzub.
Qeyd edək ki, baş məşqçi mətbuat konfransına gəlməyən klubları 1000 manat cərimə gözləyir.
Qeyd edək ki, baş məşqçi mətbuat konfransına gəlməyən klubları 1000 manat cərimə gözləyir.
0
0