“İnter”lə oyundan əvvəl üzərimizdə psixoloji yük var idi”
05.05.2010 - 18:37
“İlk oyundan sonra demişdim ki, kubokla çempionat oyunları eyni deyil. Bu matçdan öncə üzərimizdə psixoloji yük var idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun məşqçisi Məqsəd Yaqubəliyev deyib.
O, Azərbaycan kubokunun “İnter”lə yarımfinal mərhələsinin cavab oyunundan sonra keçirilən mətbuat konfransında komandasından razılığını gizlətməyib. Yaqubəliyev finala çıxmağa layiq olduqlarını bildirib: “İlk oyuna görə, üstünlük rəqibdə idi. Sevindirici haldır ki, bunun əvəzini artıqlaması ilə çıxa bildik. Vəziyyəti düzgün qiymətləndirərək, istəyimizə çatdıq. Ən əsası isə 10 nəfərlə də qalib gələ bildiyimizi göstərdik. Artıq finala çıxmışıq ki, həmin oyunda da qələbə qazanmaq haqda düşünürük”.
“İnter”in məşqçisi Elxan Abdullayev də hesabın oyuna görə olduğunu bildirib: “Həqiqətən də heyətlə bağlı ciddi problemlərimiz var. Düzdür, iştirak ərizəmiz kifayət qədər genişdir. Lakin onların əksəri zədəlidir. Ehtiyat oyunçular skamyasında oturmağa belə oyunçu tapmırıq. Bu gün “Bakı” həqiqətən yaxşı oynadı və layiqli qələbə qazandı”.
Qeyd edək ki, “İnter” – “Bakı” matçında 3:1 hesabı ilə qalib gələn qonaqlar ilk oyundakı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxaraq, finala yüksəlib.

0
0