Ağasəlim Mircavadov: Artıq “Qarabağ”la keçirəcəyimiz matçı fikirləşməliyik
05.05.2010 - 20:27
“Kubok oyunları çempionatdan həmişə fərqlənir. Belə oyunlarda komandalar bərabər olur”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Ölkə kubokunun cavab yarımfinal matçında “Olimpik-Şüvəlan”ı 2:1 hesabı ilə məğlub edən cənub təmsilçisi tarixində üçüncü dəfə finala yüksəlib. Oyundan sonra keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis bildirib ki, indi həlledici görüş haqda fikirləşirlər: “Bugünkü oyunun sonluğu çox gərgin alındı. Finala çıxdığımız üçün şadıq. Artıq "Qarabağ"la keçirəcəyimiz oyunu fikirləşməliyik”.

0
0