Nazim Süleymanov: Təəssüf ki, finala vəsiqə qazana bilmədik
05.05.2010 - 20:36
Nazim Süleymanov: Təəssüf ki, finala vəsiqə qazana bilmədik
“Təəssüf ki, çox çalışsaq da, finala vəsiqə qazana bilmədik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri ölkə kubokunun cavab yarımfinal matçında “Xəzər-Lənkəran”a uduzan “Olimpik-Şüvəlan” klubunun baş məşqçisi Nazim Süleymanova məxsusdur.

Süleymanov oyundan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, komandasının göstərdiyi oyundan razı qalıb: “İki komandadan biri mübarizəni dayandırmalı idi. "Xəzər Lənkəran"ı təbrik edirəm".

Qeyd edək ki, “Xəzər-Lənkəran” “Olimpik-Şüvəlan” üzərində 2:1 hesablı qələbə qazanıb. İlk oyunda qalib müəyyənləşmədiyindən (1:1) cənublular finala çıxıb.