Cəmşid Məhərrəmov: “Bakı” Hafiz Məmmədov üçün oynadı
05.05.2010 - 23:37
Cəmşid Məhərrəmov: “Bakı” Hafiz Məmmədov üçün oynadı
“Rəhbərliyin bizə olan ümidini boşa çıxara bilməzdik. Yalnız qələbə barədə düşünürdük. Bu oyunda rəhbərlik tərəfindən bizə həm maddi, həm də mənəvi cəhətdən güclü dəstək vardı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmov deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasından sonra fikirlərini bildirən gənc müdafiəçi klub prezidenti Hafiz Məmmədov üçün mübarizə apardıqlarını qeyd edib: “Biz mükafat üçün yox, klub prezidenti Hafiz müəllim üçün çıxıb oynadıq. Onun bizə necə şərait yaratdığını bütün Azərbaycan bilir. Sevinirik ki, onun bizə yaratdığı şəraitin qarşısında heç olmasa, finala çıxdıq az da olsa sevindirə bildik”.

Məhərrəmov komandasının ardıcıl ikinci dəfə ölkə çempionu olacağına olan inamından danışıb: “Bakı” üçün çempionluq bitməyib. Azərbaycanda ardıcıl iki dəfə çempion olan komanda yoxdur. Əsas məqsədimiz ardıcıl ikinci dəfə çempion olmaqdır”.