Türk məşqçi: Əvvəl Azərbaycan, sonra Türkiyə çempionu olacağam
06.05.2010 - 09:40
“Gələcək planlarımdan biri İzmir klublarından birini çalışdırmaqdır. Bu komanda ilə Türkiyə Superliqasında mübarizə aparmaq fikrindəyəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun türkiyəli baş məşqçisi Cüneyt Biçər deyib.
35 yaşlı mütəxəssis Türkiyə mətbuatına verdiyi müsahibədə Azərbaycanda “Qızıl dubl” etmək arzusunu gizlətməyib. Lakin Biçər yaxın gələcəkdə vətəninə qayıdıb, orada bacarığını göstərməyin də əleyhinə deyil: “Hazırda lider “Xəzər-Lənkəran”dan 3, ikinci olan “İnter”dən 1 xal geridəyik. Lakin çempionatın bitməsinə hələ iki tur var. Bu müddətdə fərqi aradan qaldırıb, zirvəyə yüksələcəyimizə inanıram. Bundan başqa, Azərbaycan kubokunda da uğur qazanmaq üçün çalışırıq”.

0
0