“Bakı”nı növbəti mövsümdə çalışdıracaq məşqçi bəlli oldu
06.05.2010 - 09:51
“Bakı” rəhbərliyi yeni mövsüm üçün baş məşqçi axtarışlarına çıxmayacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, paytaxtın eyni adlı komandasını gələn mövsümdə də Cüneyt Biçər çalışdıracaq.
Həmyerlisi Bülənt Korkmazın istefasından sonra baş məşqçi postuna keçən 35 yaşlı türkiyəli mütəxəssisin komandadakı uğurlu fəaliyyəti onunla anlaşmanın daha bir il müddətinə artırılmasına səbəb olub. Türkiyəli həmkarlarımızın yazdığına görə, Biçər “Bakı”nın prezidenti Hafiz Məmmədovla görüşərək, gələcək mövsümlə bağlı razılıq əldə edib.
Qeyd edək ki, Biçər “Bakı”nı 6 çempionat və 2 kubok oyununa çıxarıb.
Vüqar XEYRULLAYEV

0
0